Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:08

Təhsil işçilərinin vaksinasiyasına başlanıb


Vaksinasiya. Foto illüstrasiya

Bu gün, martın 3-dən ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanıb.

Bu barədə Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Məlumata görə, ilkin olaraq yaşı 50, daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.

"Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və datakart vasitəsilə internetə çıxış təmin olunub", - məlumatda bildirilir.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. İlkin mərhələdə bu imkandan tibb işçiləri, yaşı 65-dən yuxarı olan insanlar və hüquq-mühafizə orqanlarında əhali ilə daha çox təmasda olan heyət yararlanıb. İndiyə qədər 300 mindən çox şəxsin peyvənd olduğu açıqlanıb. Proses dövlət hesabına aparılır.

Xatırlatma

Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.5 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 235 min 14 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 min 225 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG