Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:00

2 milyard manatla bağlı yoxlama aparılır


V.Gülməmmədov

Azərbaycanda koronavirus pandemiyasının yaratdığı iqtisadi, sosial çətinliklərin təsirlərinin yumşaldılması və aradan qaldırılması istiqamətində dövlətin həyata keçirdiyi dəstək tədbirlərinə xərclənən vəsaitlərin auditi aparılır.

Bunu martın 2-də Türkiyə Cümhuriyyəti Sayıştay Başkanlığının nümayəndə heyəti ilə görüş zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Hesablama Palatasının mətbuat xidmətindən "Turan" agentliyinə bildirilib ki, hazırda bu istiqamətdə çoxsahəli, geniş yoxlamalar aparılır, əldə edilən nəticələr kollegiya iclasında müzakirə ediləndən sonra ictimaiyyətə açıqlanacaq.

Koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 1 milyard 985.6 milyon manat vəsait xərcləndiyi bildirilib.

XS
SM
MD
LG