Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 00:34

Hər 4 nəfərdən birinin eşitmə problemi yaranacaq


Pandemiya dövründə maska taxmaq eşitmə əngəllilərin çətinliyini artırır

Səhiyyə sistemində ən böyük boşluq isə kadr çatışmazlığı ilə bağlıdır

2050-ci iləcən dünyada 2.5 milyard nəfərin, yəni hər 4 nəfərdən birinin müəyyən dərəcədə eşitmə problemi yaranacaq. Belə bir xəbərdarlıqla Dünya Səhiyyə Təşkilatı (DST) ilk Dünya Eşitmə Hesabatında çıxış edir. Hesabatın sabah – martın 3-də açıqlanacağı gözlənir.

Tədbir görülməsə, bu şəxslərin azı 700 milyon nəfərinə qulaq və eşitmə üzrə müalicə, digər reabilitasiya xidməti lazım olacaq.

1 dollara 16 dollar

Hesabatda qulaq və eşitmə xidmətlərinə çıxışı genişləndirməklə, investisiya qoymaqla problemi önləməyin vacibliyi vurğulanır. İnvestisiya isə iqtisadi baxımdan səmərəlidir. DST-nin hesablamasına görə, hökumətlər sərmayə qoyduqları hər bir ABŞ dollarından 16 dollar qazanc götürə bilərlər.

Qurum onu da qeyd edir ki, hətta səhiyyə xidməti göstərənlərin arasında belə xəstəliyi önləmək, erkən mərhələdə müəyyənləşdirmək, eşitmənin itməsi və qulaq xəstəliklərini idarə etməkdən ötrü bilik çatışmır və bu da onların tibbi xidmət göstərməsini əngəlləyir.

Bir çox ölkələrdə eşitmə üzrə tibbi xidmət milli səhiyyə sistemlərinə inteqrasiya olunmayıb, qulaq xəstəlikləri olanlar belə xidmətlərə çıxışda çətinliklə üzləşirlər.

Hər milyon nəfərə bir mütəxəssis...

Səhiyyə sistemində ən böyük boşluq isə kadr çatışmazlığı ilə bağlıdır. Az gəlirli ölkələrin 78 faizində əhalinin hər milyon nəfərinə bir nəfərdən də az burun, boğaz və qulaq mütəxəssisi; 93 faizində hər milyon nəfərə bir nəfərdən də az audioloq; yalnız 17 faizində hər milyon nəfərə bir və daha çox nitq terapevti; 50 faizində isə hər milyon nəfərə bir, yaxud daha çox eşitmə əngəllilər üzrə müəllim düşür.

Hesabatda deyilir ki, bu problemi qulaq və eşitmə müalicəsini təməl səhiyyə xidmətinə inteqrasiya etməklə yoluna qoymaq olar.

DST qeyd edir ki, uşaqları məxmərək və meningitə qarşı peyvəndləmə, erkən uşaqlıq dövründə müalicə ilə eşitmə qabiliyyəti itkisini 60 faizə qədər aradan qaldırmaq mümkündür .

Böyüklərə gəlincə, səs-küyə nəzarət, təhlükəsiz dinləmə, qulaq gigiyenasına əməl etməklə eşitmə qabiliyyəti itkisini azaltmaq olar.

XS
SM
MD
LG