Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Avropa Navalnıya görə sanksiya qoyulan rusiyalıların adlarını açıqlayacaq


Aleksey Navalnı
Aleksey Navalnı

Avropa İttıfaqına daxil ölkələrin səfirləri ilk dəfə olaraq insan haqlarının pozulmasına görə ittifaqın yeni sanksiya mexanizmini Rusiyaya qarşı tətbiq etmək barədə razılığa gəliblər.

Bu barədə məlumatı martın 1-də AzadlıqRadiosunun müxbiri verib.

Xəbərdə deyilir ki, sanksiyalar Avropa İttifaqı rəhbərliyinin fikrincə Vladimir Putinin qatı tənqidçisi Aleksey Navalnıya qarşı cinayət təqibi ilə bağlılığı olan 4 rəsmiyə tətbiq edilir.

Bu da qeyd olunur ki, sanksiyaya düşənlərin siyahısı martın 2-də Avropa İttifaqının xüsusi nəşrində dərc olunacaq.

Sanksiyaların tətbiqinə səbəb Navalnının həbsi və 2014-cü ilə aid iş üzrə onun barəsində çıxarılmış şərti cəzanın real həbsxana cəzası ilə əvəz edilməsi olub.

Ehtimal edilən dörd nəfər

Avropa İttifaqına daxil 27 ölkənin xarici işlər nazirlərinin Rusiya müxalifətçisinin təqibi ilə bağlı olan rusiyalı rəsmilərə sanksiyalar tətbiq ediləcəyi barədə razılığa gəlməsi hələ fevral ayında bəyan edilmişdi.

AzadlıqRadiosunun müxbiri ittifaq mənbələrinə istinadən bildirir ki, bu siyahıda nəhəng oliqarxların adları olmayacaq.

Navalnının tərəfdarları sanksiyaların ilk növbədə onlara qoyulmasına çağırırdılar.

Reuters agentliyi yazıb ki, sanksiya qoyulması gözlənilənlərin arasında Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin, Rosvardiyanın direktoru Viktor Zolotov, baş prokuror İqor Krasnov və cəzaların icrası xidmətinin rəhbəri Aleksandr Kalaşnikov da var.

Moskva məhkəməsinin qərarı

Avropa İttifaqı hesab edir ki, Navalnıya qarşı cinayət təqibi siyasi motivlidir.

Fevralın 17-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Navalnının dərhal azad olunmasını tələb edən qərar çıxarıb.

Rəsmi Moskva bu məhkəmə qərarını icra etməyəcəyini bildirib.

Bu arada Moskva Şəhər Məhkəməsinin martın 1-də çıxardığı qərarda deyilir ki, onun barəsində cinayət işinə baxılarkən Navalnının konstituiya hüquqları və beynəlxalq konvensiyalar pozulmayıb.

Moskva məhkəməsi bunu da bildirib ki, AİHM-in qərarı məhkəmələrə yox, Rusiya hökumətinə ünvanlaıb və məhz buna görə də qərara məhkəmələrdə baxıla bilməz.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG