Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 01:03

Ermənistandakı son qarşıdurma hara aparır?


Ermənistanda ordu ilə hökumətin qarşıdurması - Bir yanda Baş nazir Paşinyanın, bir yanda müxalifətin aksiyaları gedir
Gözlə

No media source currently available

0:00 0:10:00 0:00

Ermənistanda ordu ilə hökumətin qarşıdurması - Bir yanda Baş nazir Paşinyanın, bir yanda müxalifətin aksiyaları gedir

Fevral 25-də Ermənistanın baş naziri Nikol Paşinyan öz tərəfdarları ilə birlikdə Yerevan küçələrinə çıxıb.

Səhər saatlarında Ermənistan silahlı qüvvələri naş nazir Nikol Paşinyanın və hökumətinin istefasını tələb etmişdi.

Ordu, bu tələbi baş qərargahın rəis müavininin işdən çıxarılmasına etiraz olaraq irəli sürdüyünü bildirib.

Paşinyan isə bunu “hərbi çevriliş” cəhdi adlandırıb.

Azərbaycanda bir çox siyasi şərhçilər hesab edirlər ki, ordunun belə davranışının arxasında Paşinyana qarşı olan Rusiya dayanır.

Ermənistanda anti-müharibə fəalı Georgi Vanyan da hesab edir ki, Rusiya, Iskander raket komkleksinin keyfiyyətinə irad tutduğu üçün ona təzyiq edir:

“Hesab etmirəm ki, Paşinyan gedəcək. Sadəcə olaraq, Kreml növbəti xəbərdarlığını edir. Paşinyana xatırladırlar ki, bu ölkədə əsas söz sahibi o deyil. 1988-ci ci ildən bəri Ermənistan bu münaqişənin tilovundadır. Bu da Ermənistana növbəti xəbərdarlıqdır. Amma düşünmürəm ki, Paşinyan gedəcək. Çünki indi siyasi durum elədir ki, Paşinyan hal-hazırda Rusiyanı qane edir. Amma Rusiya həm də Paşinyana demək istəyir ki, nə irəli get, nə də geri”.

"Hərbi çevriliş belə olmur". Ermənistanlı ekspertlərin fikirləri
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

"Ordunun çevriliş təcrübəsi yoxdur"

Lakin Yerevanda başqa bir siyasi şərhçi Riçard Giroqasian o fikirlə razı deyil ki, hərbi çevrilişi etmək istəyən Rusiyadır.

Onun fikrincə hazırda Rusiya Paşinyanla bağlı fikrini dəyişib, onu hakimiyyətdə saxlamaq istəyir, həm də ona görə ki, müxalifət qeyri-populyardır. Şərhçi ordunun belə davranışının iki mümkün səbəbini vurğulayır:

“Birinci səbəb Paşinyanın inadkarcasına erkən seçki keçirməkdən imtina etməsi idi. Ordu hökumətə təzyiq etməyə məcbur qaldı. İkinci məsələ isə, hesab edirəm ki, ordu daxilində bir neçə yüksək rütbəli zabit müharibə vaxtı öz səriştəsiz qərarlarını ört-basdır etmək və ordunun çatışmayan cəhətlərindən diqqəti yayındırmaq üçün bu addımı atdı”.

Riçard Giroqasian hesab edir ki, Ermənistanda böyük ehtimalla çevriliş baş tutmayacaq. Həm də ona görə ki, ordunun hakimiyyəti devirmək təcrübəsi yoxdur.

“Vacib məqamdır ki, ordu ilk dəfədir, siyasi hakimiyyətin istefasını istəyir. Amma bu qərardan saatlar keçir və biz hərbi fəaliyyətin hansısa nişanəsini görmürük. Qoşun gözə dəymir. Hazırda siyasi rəqiblərin paralel nümayişi gedir. Paşinyan öz nümayişini özü aparır. Yerevanda qarşıdurma ola bilər. Bundan qaçmağın yolu erkən seçki çağırmaqdır”.

"Ermənistan Qərbə meyllənəcək"

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, baş verənlər Ermənistanın siyasi müstəqilliyi və Rusiyadan uzaqlaşması ilə nəticələnəcək. O, öz Facebook hesabında bu haqda yazır:

“Hesab edirəm ki, Paşinyan rusiyameylli hərbçilərin satqınlığı haqqında bəyan edəcək və Ermənistanın qərbyönümlü siyasət yürütdüyünü elan edəcək”.

Ermənistan baş naziri Nikol Paşinyan bu günlərdə öz siyasi rəqibi Serj Sarkisyana cavabında demişdi ki, onun dövründə alınmış Rusiya istehsalı Iskander raketinin cəmi 10 faizi partlayıb.

Sarkisyan bundan əvvəl demişdi ki, Ermənistan gərək Iskander raketlərindən müharibənin sonunda yox, ilk günlərində istifadə edəydi.

Prezident İlham Əliyev bugün, fevralın 25-də növbəti dəfə deyib ki, Ermənistan Iskanderi Rusiyadan pulsuz alır. O əlavə edib ki, Ermənistan ordunu modernləşdirmək istəyir, amma qisasçı fikirlərin cavabı veriləcək.

Paşinyan Iskander raketlərinin yarıtmazlığı haqda danışandan sonra Rusiya mətbuatı bu bəyanatı qınayan yazılar dərc edib.

Hələlik Ermənistanda ordu ilə hökumət arasında gərginliyə Rusiyadan qəti qiymət verən bir fikir səslənməyib.

Yalnız Kremlin sözçüsü Dmitri Peskov tərəfləri təmkinə.

XS
SM
MD
LG