Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 13:38

Ötən il ölüm 20 min artıb


Statistika Komitəsi

Ötən il Azərbaycanda 126 min 571 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 12.7 təşkil edib.

Bu barədə AZƏRTAC Dövlət Statistika Komitəsinə (DSK) istinadən məlumat yayıb.

Bu məlumatdan belə çıxır ki, ötən il doğulan uşaqlarda azalma olub. 2019-cu ildə 141 min 179 doğulan körpə qeydə alınmışdı.

Bununla yanaşı, DSK-nın məlumatına görə, ötən il ölkədə 75 min 647 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7.6 təşkil edib.

Ölüm sayında kəskin artım var. 2019-cu ildə həmin göstərici 55 min 916 idi, əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi isə 5.8-dən 5.6-ya düşmüşdü.

Ötən il Azərbaycanda koronavirusa yoluxanlardan 2 min 700 civarında şəxsin vəfat etdiyi açıqlanıb. Habelə 44 gün davam edən İkinci Qarabağ müharibəsində də 3 minədək şəxsin həlak olduğu bildirilmişdi.

Üstəlik, koronavirus pandemiyası üzündən ötən ilin martından kütləvi toy şənlikləri dayandırılıb.

XS
SM
MD
LG