Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:00

İranda fransalı turist saxlanıb


Təbriz yaxınlığında Kənduvan kəndi
Təbriz yaxınlığında Kənduvan kəndi

Tənqidçilərin fikrincə, İran qəsdən bu adamları saxlayır, sonradan Qərb ölkələrindən siyasi güzəştlər qoparmaq üçün girov diplomatiyasında istifadə edir

Fransa 2020-ci ilin mayında İranda fransalı turistin təhlükəsizlik ittihamları ilə saxlandığını təsdiqləyib.

Fransa Xarici İşlər Nazirliyinin fevralın 24-də bildirməsinə görə, sözügedən fransalı konsulluq qoruması ilə təmin olunub, Fransa səfirliyi onunla və ailəsi ilə əlaqə saxlayır.

Bundan öncə çoxsaylı media orqanları 35 yaşlı turistin saxlanması haqda məlumat yayıb.

Onun vəkili Səid Dehgan “Reuters”ə deyib ki, Bencamin adlı həmin şəxs Məşhəd şəhərindəki Vəkilabad həbsxanasında saxlanır.

“O, doqquz ay qabaq saxlanıb, ziddiyyətli və saxta ittihamlarla üzləşib”, – Dehgan vurğulayıb.

“AP”yə müsahibəsində isə Dehgan Bencaminin səhrada dron uçurduğu üçün saxlandığını təkzib edib.

O, müvəkkilinin video və fotolar çəkməkdən ötrü helikam, yaxud məsafədən idarə olunan mini helikopterdən istifadə etdiyini söyləyib.

“Girov diplomatiyası”

Bu arada Birləşmiş Ştatlar və İranla 2015-ci ildə nüvə sazişini imzalamış Avropa ölkələri sənədi bərpa etməyə çalışırlar. ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxıb.

İranın təhlükəsizlik qüvvələri mütəmadi olaraq əcnəbiləri, ikili vətəndaşlığı olanları casusluq ittihamları ilə saxlayırlar.

Tənqidçilərin fikrincə, İran qəsdən bu adamları saxlayır, sonradan Qərb ölkələrindən siyasi güzəştlər qoparmaq üçün girov diplomatiyasında istifadə edir.

Tehran iddiaları rədd edir. İran isə şikayətlənir ki, vətəndaşları sanksiyaları pozduğuna görə, qanunsuz olaraq Qərbdə saxlanır.

Ötən martda Fransa və İran məhbus mübadiləsi həyata keçiriblər. Fransalı akademik Roland Marşal iranlı mühəndis Cəlal Ruhullanecadla dəyişdirilib. Sonuncu ABŞ-ın Tehrana qarşı sanksiyalarını pozması iddialarından dolayı saxlanmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG