Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:57

Konqresmenlər Meliaya azadlıq tələb edirlər


Tbilisidə etiraz aksiyası, 23 fevral, 2021-ci il
Tbilisidə etiraz aksiyası, 23 fevral, 2021-ci il

“Amnesty International” insan haqları qrupu Melianın barəsində həbs qətimkan tədbirindən şikayətinə məhkəmədə baxılmamış onun saxlanmasını narahatlıq yaradan indikator adlandırıb

ABŞ-da hər iki partiyanı təmsil edən konqresmenlər müxalifət partiyasının qərargahına reydin və partiya liderinin həbsinin “güclü narahatlıq” yaratdığını bildirir, Nika Melianın digər siyasi məhbuslarla birlikdə dərhal buraxılmasına çağırır.

23-də iki senator və Nümayəndələr Palatasının iki üzvü bəyanat veriblər. Həmin gün Gürcüstanda müxalifətin Birləşmiş Milli Hərəkatının (BMH) lideri Nika Melia partiyasının qərargahına polis reydi zamanı saxlanıb.

“Demokratiyanın qalıqlarına təhlükə yaradır”

Bəyanatda bu reyddən narahatlıq ifadə olunur. “Siyasi motivli hərəkətlərin icrasında Gürcüstanın hüquq-mühafizə orqanları və ədliyyəsindən istifadə Gürcüstan demokratiyasının, onun avro-Atlantik yolunun qalıqlarına təhlükə yaradır”, – onlar qeyd edirlər.

Senatorlar Cim RişJan Şahin, Nümayəndələr Palatasından Adam KinzingerGerri Konnolli bəyanata imza atıblar.

Onlar Melia, digər müxalifətçi Giorgi Rurua daxil siyasi məhbusların dərhal buraxılmasına çağıraraq qeyd edirlər ki, Gürcüstanda bütün siyasi partiyalar “provokasiyaları dayandırmalı, böhranın dinc həlli üzrə danışıqlar aparmalıdırlar”.

Dünənki reyd zamanı azı 12 nəfər xəsarət alıb. Polisin Melianın bir neçə gündür sığındığı qərargaha kimyəvi maddələr buraxdığı bildirilir.

Melia təxminən iki il öncə etirazlar zamanı zorakılığı qızışdırmaqda ittiham olunur. Özü isə ittihamları siyasi motivli sayır.

“Həbsinin siyasi motivli olması...”

“Amnesty International” insan haqları qrupu Melianın barəsində həbs qətimkan tədbirindən şikayətinə məhkəmədə baxılmamış onun saxlanmasını narahatlıq yaradan indikator adlandırıb.

“Şikayətə baxılmazdan öncə müxalifətçinin saxlanması Gürcüstan hakimiyyətinin hüququn aliliyi, məhkəmənin bütövlüyünə aşkar etinasızlığını göstərir, onun həbsinin siyasi motivli olması ehtimalına yol açır”, – qurum bəyanatında vurğulayır.

Məhkəmə Melia barəsində həbs qətimkan tədbiri seçəndən sonra Baş nazir Giorgi Qaxariya istefa verdi. O, müxalifət liderinin həbsinin, ölkədə siyasi ziddiyyətləri qızışdırarsa, qəbuledilməz olduğunu deyirdi.

Oktyabrda parlament seçkisində hakim “Gürcü Arzusu” üstünlük qazanandan sonra ölkədə siyasi vəziyyət gərginləşib. Müstəqil müşahidəçilər seçkidə pozuntuların olduğunu deyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG