Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

Tbilisidə etiraz aksiyası keçirilir


Tbilisidə etiraz aksiyası
Tbilisidə etiraz aksiyası

Müxalifətçilər iki böyük tələblərini irəli sürüblər: Melia dərhal azad olunsun və erkən parlament seçkisi keçirilsin

Gürcüstanda hökumət binasının qarşısında müxalifət partiyalarının minlərlə təmsilçisi, insan haqları fəalları etiraz aksiyasını çıxıb. Onlar bu gün səhər saxlanmış müxalifət lideri Nika Meliaya azadlıq tələb edirlər.

Etirazçılar dövlət himnini oxuyublar. Sonra müxalifətçilər iki böyük tələblərini irəli sürüblər: Melia dərhal azad olunsun və erkən parlament seçkisi keçirilsin.

Fevralın 23-də səhər Melia saxlanarkən azı 12 nəfər xəsarət alıb.

ABŞ-ın Tbilisidəki səfirliyi Melianın həbsindən narahatlığını bildirib. “Birləşmiş Ştatlar və digər beynəlxalq tərəfdaşların təmkin və dialoqla bağlı çağırışlarının gözardı olunmasından təəssüflənirik”, – səfirliyin bəyanatında deyilir.

***

Gürcüstanda polis müxalifətin ofisinə basqın edib, Melia saxlanıb

Gürcüstan polisi müxalifət lideri Nika Melianın ofisinə basqın edib, onu həbs edib. Fevralın 23-də səhər tezdən keçirilən reyddə gözyaşardıcı qazdan istifadə olunub.

Bir neçə gün öncə tanınmış siyasətçi barəsində həbs qətimkan tədbiri seçiləndən sonra Baş nazir Giorgi Qaxariya istefa verdi.

Birləşmiş Milli Hərəkat (BMH) adlı müxalifət partiyasının lideri olan Melia 2019-cu ilin iyununda küçə etirazları zamanı zorakılığı qızışdırmaqda ittiham olunub. O, ittihamı siyasi motivli hesab edir.

Müxalifətin onlarla tərəfdarı saxlanıb

Ötən həftə Tbilisi məhkəməsi siyasətçinin girov pulunu ödəmədiyini əsas gətirərək onun saxlanması barədə qərar çıxarıb. Qaxariyanın istefasından sonra Daxili İşlər Nazirliyi Melianın saxlanmasını təxirə saldığını bəyan etdi.

Televiziyada canlı yayında polisin Melianı partiya qərargahından sürüyərək çıxardığı görünür.

Yüzlərlə polis əməkdaşı Melia tərəfdarlarına, ölkənin müxalifət partiyalarının liderlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib. Onlar fevralın 17-dən qərargahın qarşısında gecələyirlər.

Müxalifətin onlarla tərəfdarı saxlanıb.

“Bu səhər BMH qərargahı qarşısında baş verənlərdən sarsıldıq. Hazırda Tbilisidə zorakılıq və xaos Gürcüstana lazım deyil. Bütün tərəfləri indi və növbəti günlərdə təmkinli olmağa çağırıram”, – Britaniyanın səfiri Mark Kleyton Twitter-də yazıb.

Parlament hökuməti təsdiqləyib

Melianın həbsindən bir gün öncə Gürcüstan parlamenti Baş nazir İrakli Qaribaşvili hökumətini təsdiqləyib. O, Qaxariyanın fevralın 18-də istefasından sonra bu posta təyin olunub. Qaxariya istefasını Melianın saxlanması üzrə öz komandasında fikir ayrılığı ilə izah edirdi.

Qaribaşvilinin kabinetinə 150 üzvlük parlamentdə 89 deputat səs verib, ikisi qarşı çıxıb. BMH və daha kiçik partiyalar isə prosesi boykot edir.

Ötən oktyabrda parlament seçkilərini hakim “Gürcü Arzusu” partiyası udandan sonra 3.7 milyon əhalisi olan ölkədə siyasi böhran yaranıb. Müstəqil müşahidəçilər seçkidə pozuntular olduğunu deyiblər.

Qaxariya bildirib ki, Melianın həbsi ölkədə siyasi ziddiyyəti qızışdıracaqsa, baş verməməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG