Fevralın 23-də günorta saatlarında Bakının Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evində 5 nəfər şəxsin meyiti aşkar olunub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
"Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - prokurorluq bildirir.