Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 11:40

Azərbaycanda vaksinasiya olunanların sayı açıqlandı


Azərbaycanda vurulan vaksin haqda Qərb mətbuatı bunları yazır
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Azərbaycanda vurulan vaksin haqda Qərb mətbuatı bunları yazır

Bu gün, fevralın 23-nə qədər Azərbaycanda 200 mindən artıq vətəndaş COVID-19 infeksiyasına qarşı vaksinasiya edilib.

Bu barədə "Turan" agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir: "Strategiyaya əsasən, hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. Fevral ayının 23-ü üçün 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib".

Səhiyyə Nazirliyi vətəndaşları vaksinasiya prosesində aktiv iştirak etməyə çağırıb: "Xüsusən yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVID-19 virusuna qarşı vaksinasiyaya dəvət edirik. 50 yaş və daha yuxarı şəxslər randevu.its.gov.az saytına daxil olaraq "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir".

"Qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər..."

Nazirlikdən əlavə olunub ki, elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək məlumat verməlidir: "Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir".

Bu vaxta qədər olanlar...

Ölkədə vaksinasiyaya bu il yanvarın 18-dən başlanıb. İlk mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb etdiyi heyət peyvənd olunub.

Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Vaksinasiyasının ikinci mərhələsinin fevralın 1-dən başlanacağı açıqlanmışdı. Amma sonradan proses uzandı. İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupunda yer alanlara, 50 yaş, daha yuxarı ən az bir xroniki xəstəliyi olanlara, təhsil və bir sıra xidmət sahələrində çalışanlara üstünlük tanınmalıdır.

Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər. Bəzi ekspertlər bu sayı belə yetərli saymırlar.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.4 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyədək ümumilikdə 233 min 201 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 min 202 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG