Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:27

DİN-dən cəbhəçinin həbsinin izahı...


Arxiv foto

Daxilİ İşlər Nazriliyinin (DİN) mətbuat xidmətindən isə “Turan” İnformasiya Agentliyinə bildiriblər ki, Elvin Bəhramov fevralın 19-da sərxoş vəziyyətdə karantin rejimini pozması ilə bağlı saxlanıb.
Nazirliyin iddiasına görə, E.Bəhramov saxlanarkən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik nümayiş etdirib:
“Masallı Rayon Polis Şöbəsində barəsində toplanmış materiallar Masallı Rayon Məhkəməsinə göndərilib. Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsnə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən 8 sutka inzibati həbs qərarı tətbiq edilib. Onun sərxoş vəziyytədə olması ilə bağlı ekspetiza rəyi var. Vətəndaşın saxlanılmasında heç bir siyasi motiv yoxdur”
Koronavirus pandemiyasi ilə bağlı ötən ilin martından Azərbaycanda karantin rejimidir.

***

Cəbhəçiyə 8 gün inzibati həbs verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elvin Bəhramovun fevralın 20-də Masallı Rayon Məhkəməsinin qərarı ilə 8 gün həbs edildiyi bildirilir.
Bu barədə Azadlıq Radiosuna onun qardaşı Baba Bəhramov məlumat verib.
“Amma bizi məhkəmə zalına buraxmadıqları üçün Elvinin nədə təqsirləndirildiyini, bu cəzanın niyə verildiyini və hətta vəkilinin kim olduğunu bilmirik”, deyə B.Bəhramov vurğulayıb.
Bu deyilənləri də, hələlik, Masallı Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

***

AXCP: Patiya üzvü polisə apaılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elvin Bəhramovun fevralın 19-u axşam saat 20 radələrində Masallı Rayon Polis Şöbəsinə aparldığı bildirilir.
Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat veriblər. Bu məlumatı E.Bəhramovun qardaşı Baba Bəhramov da təsdiqləyib.

“Saxlanma səbəbini bilmik. Dünən axşam (fevralın 19-u -red) polisə aparılıb. Saxlanmasının səbəbi barədə məlumat vermirlər. Anam polis söbəsinin rəisi ilə görüşmək istəsə də qəbul edilməyib” deyə B.Bəhramov bildirib.

Bu deyilənlərə, hələlik, Masallı Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP müxalifət partiyasıdır. Onun bir çox üzvləri ya uzunmüddətli həbsdə, ya da istintaq altındadır. Onlar ən müxtəlif ittihamlarla üzləşsələr də, prtiya ittihamları siyasi sayır. Amma rəsmilər bir qayda olaraq ölkədə siyasi motivli həbslərin olmasını inkar edirlər.

XS
SM
MD
LG