Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

AB Macarıstana iki ay vaxt verdi


Macarıstanda Corc Sorosun fotosu olan plakat
Macarıstanda Corc Sorosun fotosu olan plakat

Macarıstan bildirir ki, qanun şəffaflığı gücləndirir, qadağaları fərq qoymadan hamıya aid edir, yalnız ictimai müzakirəyə ciddi təsiri olan təşkilatlara deyil

Avropa Birliyi (AB) Macarıstanın sağ qanad Baş naziri Viktor Orban hökumətinin parlamentdən keçirdiyi qanunu dəyişməsi üçün iki ay vaxt qoyub. Qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarından (QHT) xarici donorları açıqlamağı tələb edir.

27 min dollardan artıq illik vəsait

Blokun icraedici qanadı olan Avropa Komissiyası fevralın 18-də Budapeştə məktubunda yazır ki, dəyişikliklərin icrası üçün iki ay vaxtı var. Avropa Birliyinin Ədalət Məhkəməsinin ötən il çıxardığı qərarda deyilir ki, 2017-ci ildə qəbul olunmuş qanun “ayrıseçkilik yaradan və əsaslandırılmamış qadağalar tətbiq edir”, bu isə şəxsi datanın qorunması və birləşmə azadlığı daxil fundamental hüquqları pozur.

Qanunun məqsədinin QHT-lərin maliyyələşməsində şəffaflığı artırmaq və çirkli pulyuma ilə mübarizə olduğu bildirilir. İldə xaricdən 7.2 milyon Macarıstan forintindən (27 min dollar) artıq vəsait alan QHT-lərdən vəsaiti qeydiyyatdan keçirərək donorları açıqlamaq tələb olunur.

Komissiya hesab edir ki, dəfələrlə çağırış etməsinə baxmayaraq, Macarıstan qərarın icrasından ötrü gərəkən addımlar atmayıb. Bu səbəbdən qurum Macarıstana məktub göndərərək tələb olunan tədbirlərə görə iki ay vaxt qoyub.

Cərimə tətbiq oluna bilər

“Budapeşt hökmü yerinə yetirməzsə, Komissiya məhkəmədən maliyyə cərimələrinin tətbiqini istəyə bilər”, – qurum bildirir.

Tənqidçilər bu addımın Macarıstan doğumlu ABŞ milyarderi və xeyriyyəçi, Orbanın sərt tənqidçisi Corc Sorosu hədəfə aldığını deyirdilər.

Orban Sorosun maliyyələşdirdiyi QHT-ləri siyasi müdaxilədə ittiham edir. Soros isə özünə qarşı kampaniyanı macarıstanlıların diqqətini yayındırmaqdan ötrü saxta xarici düşmən yaratmaq niyyəti güdən “təhrif və yalan” adlandırıb.

Macarıstan bildirir ki, qanun şəffaflığı gücləndirir, qadağaları fərq qoymadan hamıya aid edir, yalnız ictimai müzakirəyə ciddi təsiri olan təşkilatlara deyil.

AB Macarıstanı bir sıra işlər üzrə məhkəməyə verib, hökuməti media və akademikləri sıxışdırmaqda suçlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG