Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:33

AzadAvropa/AzadlıqRadiosu Macarıstana qayıdır


AzadAvropa/AzadlıqRadiosu-nun Macarıstan xidməti sentyabrın 8-dən işini bərpa edib. Xidmət Soyuq Müharibə bitəndən sonra bağlanmışdı və ölkədə media azadlığının durumunun geriləməsinə cavab olaraq bu addım atılıb.

“Biz ən son proqramlaşma və AzadAvropa/AzadlıqRadiosunun izləyicilərimizin əhəmiyyətli hesab etdiyi məsələləri işıqlandıraraq ictimai marağa xidmət etmək öhdəliyini əsas tutaraq Macarıstana qayıtdığımız üçün həyəcanlıyıq”, – AzadAvropa/AzadlıqRadiosu-nun prezidenti vəzifəsini icra edən Daisy Sindelar deyib.

“Bizim yerli jurnalistlərdən ibarət çox yaxşı komandamız var, onlar etibarlı və qərəzsiz xəbərin ən yaxşı mənbəyi olmaqdan ötrü qətiyyətlə çalışacaqlar”, – o deyib.

Xidmətə Gyula Csák rəhbərlik edir. O, əvvəllər “Euronews” şəbəkəsində jurnalist və redaktor və BBC-nin Macarıstan müxbiri kimi çalışıb. Csák Macarıstanda saysız media orqanlarında rəhbər vəzifələrdə işləyib.

Niyə Macarıstan?

Radio hələ 2019-cu ilin payızında Macarıstan xidmətini bərpa etmək planlarını açıqlamışdı. Səbəb ölkənin media mənzərəsinin dramatik şəkildə məhdudlaşdırılması idi. Macarıstan 2020-ci ildə Sərhədsiz Reportyorla Təşkilatının Dünya Mətbuat Azadlığı İndeksində 16 pillə geriləyərək 89-cu yerdə qərar tutub.

Son 10 ildə Baş nazir Viktor Orban hökuməti ölkənin media orqanlarının çoxuna nəzarəti ya birbaşa, ya da dolayısı ilə ələ alıb.

İctimai televiziya və radio stansiyaları və dövlət xəbər agentliyi 2011-ci ildə hökumətin nəzarətinə keçib.

2019-cu ildə 500-dək özəl media orqanı Mərkəzi Avropa Mətbuat və Media Fondunda cəmləşib və bu fondun Orban hökuməti ilə sıx əlaqələri var.

AzadAvropa/AzadlıqRadiosu-nun Szabad Európa Rádió adıyla tanınan Macarıstan xidməti Soyuq Müharibə dövründə Münhendən fəaliyyət göstərib və 1993-cü ildə bağlanıb.

Radio artıq üçüncü dəfədir Avropa Birliyi üzvü olan ölkələrdə işini bərpa edir. 2019-cu ildə Bolqarıstan və Rumıniyada yeni bürolar açılıb. Macarıstan kimi bu ölkələrdə də radio Soyuq Müharibə dövründə vacib rol oynayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG