Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:22

QHT-lərin xaricdən maliyyələşməsi qanunu ‘qanunsuzdur’


Macarıstanda Orbana qarşı etiraz aksiyası, 2017-ci il
Macarıstanda Orbana qarşı etiraz aksiyası, 2017-ci il

Macarıstanın sağ-qanad Baş naziri Viktor Orban hökumətinin xaricdən maliyyələşən QHT-lərə qarşı tətbiq etdiyi məhdudiyyətlər Avropa Birliyinin qanunvericiliyinə ziddir. Bu qərarı AB-nin ali məhkəməsi çıxarıb.

“Macarıstanda həmin üzv ölkədən kənarda olan şəxslər tərəfindən təsis olunmuş vətəndaş cəmiyyətlərinin maliyyələşdirilməsinə qadağalar Birliyin qanunvericiliyinə uyğun deyil”, – Luksemburqdakı Avropa Ədalət Məhkəməsi iyunun 18-də bildirib.

AB-nin icraedici qanadı olan Avropa Komissiyası Macarıstanı məhkəməyə vermişdi. Səbəb Budapeştin 2017-ci ildə qəbul etdiyi qanun idi. Həmin qanuna görə, ildə 7,2 milyondan çox Macarıstan forinti (27 min dollar) həcmində xarici maliyyə əldə edən QHT-lər qeydiyyatdan keçməli, bunu ictimai şəkildə bəyan etməlidirlər.

Hədəf Soros idi

Qanunun məqsədinin QHT-lərin maliyyəsində şəffaflığı artırmaq, çirkli pulyuma ilə mübarizənin olduğu bildirilir, donorların açıqlanması tələb olunur, əks halda QHT-lərə sanksiyalar tətbiq oluna bilər.

Tənqidçilərin fikrincə, addımın hədəfi əslən macarıstanlı olan ABŞ milyarderi və xeyriyyəçisi, Orban-ın kəskin tənqidçisi George Soros idi.

Orban Soros-un maliyyələşdirdiyi QHT-ləri siyasi müdaxilədə ittiham edir. Soros isə özünə qarşı kampaniyanı “təhrif və yalan” adlandırıb, məqsədin macarıstanlıların diqqətini yayındırmaqdan ötrü saxta xarici düşmən yaratmaq olduğunu deyib.

Məhkəmə Macarıstanın şəffaflıqla bağlı arqumentlərini rədd edib, qadağaların ayrı-seçkilik qoyulmadan tətbiqini vacib sayır, yəni yalnız ictimai debata ciddi təsiri olan təşkilatlara deyil.

“Biz indiyədək Avropa Birliyi Məhkəməsinin qərarlarına sayqı göstərmişik və gələcəkdə də bunu edəcəyik”, – Orban-ın işlər müdiri Gergely Gulas iyunun 18-də həftəlik mətbuat konfransında deyib.

AB bundan qabaq da Macarıstanı məhkəməyə verib, hökuməti media və akademikləri sıxışdırmaqda ittiham edib.

Martda Orbanın Fidesz partiyasının üstünlükdə olduğu parlament hökumətə koronavirus pandemiyası ilə mübarizə məqsədilə birbaşa idarəçilik hüququ verib. Bu addım Komissiyanın tənqidinə səbəb olub.

Macarıstan deputatları iyunun 16-da bu xüsusi səlahiyyəti ləğv edib. Orban isə iyunun 18-də fövqəladə vəziyyətin bitməsinə dair fərman imzalayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG