Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:42

Azərbaycan NİDA-çılara görə cərimələndi


M.Əzizov

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, fevralın 18-də NİDA Vətəndaş Hərəkatının üzvləri Məmməd ƏzizovŞahin Novruzlunun şikayətləri üzrə qərarını elan edib.

Hüquqşünas Xalid Ağəliyev AzadlıqRadiosuna bildirib ki, şikayət məhkəməyə qədər həbsin qanunsuzluğu ilə bağlı olub.

Onun deməsinə görə, AİHM iddia edilən pozuntuların əksəriyyətini tanıyıb: "Qərara görə, ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyanın 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddələrinin pozuntusuna yol verilib. Azərbaycan hökuməti ərizəçilərə ümumilikdə 43 min 500 avro təzminat ödəməlidir".

AİHM-in qərarlarına, hələlik, Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Aralarında M.Əzizov və Ş.Novruzlunun da olduğu NİDA Vətəndaş Hərəkatının bəzi üzvləri 2013-cü ilin əvvəlində həbs edilib. Onlarla bağlı məhkəmə hökmü isə 2014-cü ilin mayında çıxarılıb. Rəsmi olaraq gənclərə qarşı kütləvi iğtişaşların təşkili və narkotiklə bağlı ittihamlar irəli sürülmüşdü. Onların barələrində 6 ildən 8 ilə kimi həbs qərarı çıxarıldı. Gənclər məhkəmədə ittihamları rədd edir, həbslərinin ictimai fəaliyyətləri ilə bağlı olduğunu bildirirdilər. Hüquq-müdafiə təşkilatları da onları siyasi məhbus kimi tanıyıblar.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbuslar olduğu fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG