Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:41

Almaniya polisi mütəşəkkil cinayətkar qrup üzvlərini axtarır


Arxiv fotosu

Almaniyada polis paytaxt Berlində və ətrafında mütəşəkkil cinayətkar qruplara qarşı reydlər keçirib. Ötən ilin sonunda ərəb və çeçen mənşəlilər arasında bir neçə dəfə dava-dalaş olmuşdu.

Berlin polisinin fevralın 18-də “Twitter”də paylaşdığı məlumata görə, səhər tezdən keçirilən reydlərdə “bir neçə yüz” fövqəladə xidmət və xüsusi qüvvələr iştirak edib.

“Bu reydlərə 2020-ci ilin noyabrında ərəb və çeçen mənşəli şəxslər arasında mübahisə səbəb olub. @GStABerlin (Berlin baş prokuroru) silah və narkotik qaçaqçılığı üzrə təhqiqat, vergi idarəsi isə ayrıca araşdırma aparır”, – polis bildirib.

“Spiegel” jurnalı reydlər zamanı iki nəfərin saxlandığını bildirir. Reydlərin əsasən yüzlərlə üzvü olan Remmo mütəşəkkil cinayətkar klanını hədəfə aldığı qeyd olunur.

Bu klan üzvləri ərəb mühacirləridir. Noyabrda üç üzvü Drezdenin məşhur “Green Vault” muzeyindən dəyəri 1 milyard dollardan artıq ləl-cavahirat oğurluğu ilə əlaqədar saxlanmışdı.

Muzeydən bir neçə dəqiqə içində 18-ci əsrə aid üç qiymətli zinət əşyası oğurlanmışdı, hələ də tapılmayıb.

Şərhlər

XS
SM
MD
LG