Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:29

Buğdanın hər tonuna 200 dollar...


Buğda

Azərbaycandan ixrac olunan buğdanın 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq.

Bu, Baş nazir Əli Əsədovun "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilməsi haqqında" Qərarında əksini tapıb. Qərar dünən, fevralın 16-da imzalanıb.

""Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)" sütununda "0" rəqəmi "0 (2021-ci il 1 may tarixinədək 1000 kq – 200 ABŞ dolları )" sözləri ilə əvəz edilsin", - qərarda yazılıb.

Eyni zamanda, Azərbaycandan ixrac olunan buğda ununun da 1000 kiloqramına 200 ABŞ dolları rüsum tətbiq olunacaq.

Bu qərar 2021-ci il mayın 1-dək qüvvədə olacaq.

Azərbaycana idxal edilən buğda gömrük rüsumundan azaddır. Ölkəyə idxal edilən buğda ununa isə 15 faiz idxal gömrük rüsumu tətbiq olunur.

XS
SM
MD
LG