Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 11:39

Un istehsalçılarına subsidiya veriləcək


Un

Un istehsalı ilə məşğul olan şəxslərə subsidiya veriləcək.

Bu barədə fevralın 17-də Baş nazir Əli Əsədovun imzaladığı "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Qərarda bildirilir.

Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 2021-ci il fevralın 1-dən mayın 1-dək 35 manat subsidiya veriləcək.

Sənəddən irəli gələrsə, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla subsidiyanın verilməsi qaydasını təsdiqləməlidir.

Habelə, İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən, 2021-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan müvafiq məbləğdə vəsait ayrılmalıdır.

Qərara görə, bir sıra dövlət qurumları buğda ehtiyatının yaradılması və dünya birjalarında qiymətlərin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

XS
SM
MD
LG