Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Vitse-spiker: 'Sözdür də deyirlər...'


F.İbrahimli
F.İbrahimli

Rus dilinin Dağliq Qarabağda rəsmi dil olacağı ilə bağlı açıqlama Azərbaycanda etirazla qarşılanıb.

Söhbət Azərbaycanın Dağlıq Qarabağda separatçı saydığı və heç bir ölkənin tanımadığı qurumun lideri Araik Arutyunyanın açıqlamasından gedir. Onun deməsinə görə, bununla bağlı qanun layihəsi hazırlanıb.

Bu məsələ ilə əlaqəli "Turan" agentliyinin sualını cavablandıran Milli Məclisin sədr müavini Fəzail İbrahimli onları "uduzmuş tərəf" adlandırıb. Onun deməsinə görə, Qarabağ problemi artıq Ermənistan insanlarını da bezdirib: "Ermənistandan kütləvi surətdə axın baş verir, aclıq, səfalət baş alıb gedir".

O, daha sonra da əlavə edib: "Rus dilinin Dağlıq Qarabağda rəsmi dil ola bilməsi məsələsinə gəlincə, sözdür də deyirlər. Onlar çox şey deyə bilərlər. Dağlıq Qarabağın status məsələsi birmənalı şəkildə gündəmdə deyil. Cənab prezident İlham Əliyevin də dediyi kimi, status olmayacaq. Status yoxdursa, onların dediklərinin hamısı ancaq söz, özfəaliyyət ola bilər".

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG