Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 10:59

Səlim Müslümov həbsdə qaldı


S.Müslümov

Bu gün, fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətini təmin etməyib.

Bu barədə məhkəmədən bildiriblər.

S.Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilir.

Onun həbsi ilə bağlı məlumatı fevralın 4-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaymışdı.

İddiaya görə, onun qulluq səlahiyyətlərindən tamah niyyəti ilə istifadə etməsinə, əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki, hüquqi şəxslərə ayrılmış pulun bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr yaranıb.

Hələlik, ittihama S.Müslümov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

S.Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri postunda olub. Ondan əvvəl isə 11 il (2002-ci ilin dekabrından) Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik edib.

XS
SM
MD
LG