Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Karnavalsız qalan şəhərlər


Braziliyada festival, arxiv fotosu
Braziliyada festival, arxiv fotosu

Qazaxıstan da Rusiyanın Sputnik V vaksinini təsdiqləyib. Ölkə kütləvi peyvəndləmə kampaniyasında bu vaksindən istifadəyə başlayıb

Karnavalları ilə tanınan şəhərlər COVID-19 pandemiyasına görə bu il tədbirlərin miqyasını kəskin azaltmalı olublar. Dünyada isə vaksinasiya proqramları davam edir.

Avropa və Amerikada fevralın 15-nə karnaval planlaşdıran şəhərlərdə əsasən sakitçilik olub.

Bu dəfə fevralın 17-nə düşən Kül Çərşənbəsindən öncə bir neçə gün Braziliyanın Rio de Janeyro, Almaniyanın Köln şəhərlərində paradlar, içki bayramları, rəqs festivalları keçirilərdi.

Bu ilsə Rio de Janeyro və Sao Pauloda samba meydançaları indi vaksinasiya məntəqələri kimi istifadə olunur. Almaniyanın cənubunda əsasən roman katolik şəhərləri də boş görünür.

Britaniyada azı 15 milyon nəfərə vaksin vurulub

Braziliyada tədbirlər onlayn formata keçirilib. Bu ölkədə hələ də pandemiyadan günə ortalama mindən çox ölən olur və peyvəndləmə kampaniyası ləng gedir. Almaniyada günə yüzlərlə xəstə vəfat edir.

Nyu Orleanda ötənilki şənlikdən sonra Luiziana COVID-19-un tüğyan etdiyi məkana çevrilmişdi. Bu ilsə barlar bağlanıb, paradlar təxirə salınıb.

Bu arada dünyada vaksinasiya proqramları sürətlənir. Qazaxıstan da Rusiyanın Sputnik V vaksinini təsdiqləyib. Ölkə kütləvi peyvəndləmə kampaniyasında bu vaksindən istifadəyə başlayıb.

Britaniya hökuməti vaksinasiyada hədəfinə çatdığını bildirib – fevralın ortasınadək azı 15 milyon nəfərə COVID-19 vaksini vurulub.

Baş nazir Boris Conson fevralın 14-də Twitter-də yazıb ki, ölkə “ciddi hədəfə” çatıb.

ABŞ, Yeni Zelandiya

Birləşmiş Ştatlarda isə indiyədək 52.9 milyon vaksinin vurulduğu bildirilir.

Vaksinlərin vurulması ilə paralel yoluxmalar da azalır, son aylardan bəri ilk dəfə olaraq gündəlik yoluxmalar ortalama 100 mindən aşağı düşüb. Amma rəsmilər hələ də xəbərdarlıq edirlər ki, maska qadağasını qaldırmaq üçün tezdir.

Daha yoluxucu virus ştammları səbəbindən rəsmilər sosial məsafə və maska qadağalarını əməl etməyə çağırırlar.

Birləşmiş Ştatlarda COVID-19-a 27.6 milyon yoluxma aşkarlanıb, 485 mindən çox ölüm qeydə alınıb.

Yeni Zelandiyada da COVID-19 məhdudiyyətləri qüvvədə qalır, amma fevralın 17-də onlara yenidən baxılacaq, Baş nazir Jasinda Ardern mətbuat konfransında belə deyib.

Oklenddə üç yoluxma aşkarlanandan sonra ölkədə fevralın 14-dən üçgünlük karantin elan olunub.

Avstraliyanın Melburn şəhərində tennis çempionatı azarkeşsiz davam edir. Viktoriya ştatında beş günlük karantin elan olunub.

Cənubi Koreya fevralın 15-dən şirkətlər üçün sərt sosial məsafə qaydalarını yüngülləşdirib, amma özəl toplantılara qadağalar qüvvədə qalır.

Fevralın 26-dan bu ölkədə vaksinasiya başlanacaq. İlk öncə tibb işçilərinə və yaşlılara peyvənd vurulmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG