Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:40

Səhiyyə işçilərinin təkrar vaksinasiyası başlanır


65 yaşdan yuxarı vətəndaşların peyvənd üçün qeydiyyatı başlanır
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

65 yaşdan yuxarı vətəndaşların peyvənd üçün qeydiyyatı başlanır

Bu gün, fevralın 15-dən səhiyyə işçilərinin ikinci doza vaksinasiyasına başlanmalıdır.

Təkrar vaksinasiya dozası ilk peyvənd vurulmasından 28 gün sonra tətbiq olunur.

Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanıb.

İlk mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb etdiyi heyət peyvənd olunur.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX platforması çərçivəsində Çinin "Sinovac" şirkəti ilə danışıqlar aparıb. Ümumilikdə "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Vaksinasiyasının ikinci mərhələsinin fevralın 1-dən başlanacağı açıqlanmışdı. Amma sonradan proses uzandı. İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupunda yer alanlara, 50 yaş, daha yuxarı ən az bir xroniki xəstəliyi olanlara, təhsil və bir sıra xidmət sahələrində çalışanlara üstünlük tanınmalıdır.

Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər. Bəzi ekspertlər bu sayı belə yetərli saymırlar.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.4 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. İndiyədək Azərbaycanda isə ümumilikdə 232 min 123 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 180 nəfərin vəfat etdiyi açıqlanıb.

Recommended

XS
SM
MD
LG