Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Növbədənkənar vaksinasiya mümkündürmü?


 Pfizer-BioNTech peyvəndi, arxiv foto
Pfizer-BioNTech peyvəndi, arxiv foto

Bir neçə gün əvvəl Azərbaycanda xalq artisti Röya Ayxanın Covid-19 əleyhinə vaksinasiyadan keçdiyi barədə məlumat yayılıb.
Elə həmin sənətçinin öz "İnstagram" hesabında vaksinasiya prosesi ilə bağlı paylaşdığı video müzakirələrə səbəb olub. Sosial şəbəkələr istifadəçiləri iddia edirdilər ki, tanınmış, o cümlədən varlı şəxslər növbəni gözləmədən vaksinasiyadan keçə bilirlər.
Həqiqətənmi risk qrupuna aid olmayan şəxslər növbədənkənar vaksinasiya oluna bilər? Bu belədirsə, onda sosial ədalət pozulmurmu?

Ermənistan Azərbaycandan yan keçən Gorus-Qafan yolu çəkir
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Səhiyyə Nazirliyi-ndən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, hazırda ölkədə risk qrupuna aid olan şəxslərin vaksinasiyası həyata keçirilir:

« Koronavirus infeksiyasına qarşı vaksinasiya Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş «Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası»na uyğun aparılır. Fevralın 8-dən ölkədə 65 yaşdan yuxarı şəxslərin və vətəndaşlarla sıx təmasda olan polis əməkdaşlarının vaksinasiyası başlayıb. Bu proses hazırda davam edir. Fevralın 15-dən isə həkimlərin vaksinasiyasının ikinci mərhələsi başlayacaq».

«Özəl tibb müəssisələrinə peyvəndlər verilir, amma…”

arxiv foto
arxiv foto

Qurumdan vurğulanıb ki, vaksinasiya yalnız dövlət tibb müəssisələrində aparılır:

«Özəl tibb müəssisələrinə peyvəndlər verilir, amma peyvənd yalnız həmin klinikada çalışan əməkdaşlar üçündür. Peyvəndin verilməsinin qaydası belədir ki, özəl tibb müəssisəsi Səhiyyə Nazirliyinə öz əməkdaşlarının sayını təqdim edir və bu saya uyğun olaraq onlara peyvənd verilir».

Şuşa, Ağdam 'smart city'yə çevriləndə belə olacaq
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Səhiyyə Nazirliyindən vurğulanıb ki, risk qrupuna aid olmayan şəxslərə peyvəndin vurulması qadağandır:

«Əgər hansısa bir tibb müəssisəsi kənar bir şəxsə peyvəndi satarsa və ya vurarsa buna görə müəyyən məsuliyyət nəzərdə tutulub. Buna nəzarət edən qurumlardan biri Səhiyyə Nazirliyidir».

“Səhiyyə Nazirliyi bu məsələnin araşdırmasına başlayıb”

Müğənni Röya, 2015
Müğənni Röya, 2015

Qurumdan əlavə olunub ki, Röya Ayxanın vaksinasiyası ilə bağlı xəbər yayılandan sonra Səhiyyə Nazirliyi bu məsələnin araşdırmasına başlayıb:

«Həmin tibb müəssisəsi ilə əlaqə saxlanılıb. Klinikanın rəhbəri bildirdi ki, Röya Ayxan bir ildən artıqdır, onların tibb müəssisəsində PR menecer vəzifəsində çalışır, rəsmi ştat işçisidir və buna görə də o, Səhiyyə Nazirliyi tərəfindən verilən peyvənddən yararlanıb».

“…Pulunu ödəyib peyvənd oluna bilsin»

Bəxtiyar Hacıyev, 2012
Bəxtiyar Hacıyev, 2012

İctimai fəal Bəxtiyar Hacıyev isə AzadlıqRadiosuna bildirib ki, dövlət tibb müəssisələrilə yanaşı vaksinasiya özəl klinikalarda da aparılmalıdır:

«Dövlət tərəfindən vaksinasiya birinci növbədə risk qrupunda olan vətəndaşlarla bağlı pulsuz aparılmalıdır . Amma eyni zamanda nəzərə almaq lazımdır ki, istər iş məsələsi ilə bağlı, istərsə də ailənin sağlamlığı ilə bağlı bir çox ölkələrə təcili səyahət etmək üçün vətəndaşın peyvənd olunması tələb olunur. Vətəndaşlar yalnız vaksinasiyadan sonra həmin ölkələrə daxil ola bilərlər. Ona görə hesab edirəm ki, şəxsin özü risk qrupunda deyilsə, amma imkanı çatırsa və ciddi səbəbi varsa ona imkan verilməlidir ki, özəl klinikalarda pulunu ödəyib peyvənd oluna bilsin».

“Ölkəyə az sayda vaksin gətirilib"

B.Hacıyev hesab edir ki, Azərbaycana daha çox peyvənd gətirilməlidir.

«Problem ondan qaynaqlanır ki, ölkəyə az sayda vaksin gətirilib. Daha çox gətirilməlidir ki, bütün vətəndaşlara çata bilsin. Vaksinasiya dövlət tibb müəssisələrilə yanaşı, özəl klinikalarda da aparılmalıdır. Dövlət tibb müəssisələrində vaksin risk qrupuna aid olan şəxslərə pulsuz və sürətli şəkildə vurulmalıdır. Özəl klinikalarda isə imkanı çatan və ciddi səbəbi olan vətəndaşlar vaksinasiyadan yararlanma hüququnu əldə etməlidir».

“İnsanlar həm xəstəlikdən qorxur, həm də normal həyata qayıtmaq istəyirlər”

Özəl tibb müəssisələrindən birində çalışan D.V. isə AzadlıqRadiosuna bildirib ki, işlədiyi klinikaya peyvənd vurdurmaq istəyən şəxslər müraciət edir və belə şəxslərin sayı az deyil:

«Bu, başadüşüləndir, çünki insanlar həm xəstəlikdən qorxur, həm də normal həyata qayıtmaq istəyirlər. Amma biz həmin şəxslərə izah edirik ki, bizdə peyvənd yoxdur. Özəl klinikalara peyvənd yalnız əməkdaşlar üçün və əməkdaşların sayına görə verilir. Həm də vətəndaşlara vaksin yalnız dövlət müəssisələrində vurulur».

Vaksin, arxiv foto
Vaksin, arxiv foto

Bu mövzuda danışan bəzi ekspertlər də hesab edirlər ki, istər imkanlı, istərsə də imknsız, bütün arzu edənlər vaksinlə təmin edilməlidir.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya yanvarın 18-dən start verilib. İlk mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb etdiyi heyət peyvənd olunur. Azərbaycan Dünya Səhiyyə Təşkilatının (DST) COVAX platforması çərçivəsində Çinin "Sinovac" şirkəti ilə danışıqlar aparıb. Ümumilikdə "Sinovac" şirkətinə 4 milyon doza ( 2 milyon əhalinin istifadəsi üçün.Ölkənin 10 milyon əhalisi var) vaksin sifariş edildiyi açıqlanıb. Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Vaksinasiyasının ikinci mərhələsinin fevralın 1-dən başlanacağı açıqlanmışdı. Amma sonradan proses uzandı. İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupunda yer alanlara, 50 yaş, daha yuxarı ən az bir xroniki xəstəliyi olanlara, təhsil və bir sıra xidmət sahələrində çalışanlara üstünlük tanınmalıdır.
Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər. Bəzi ekspertlər bu sayı belə yeterli saymırlar.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə ümumilikdə 231840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3173 nəfərin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG