Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 21:44

'Sahibkar 100 min kredit götürmək istəyirsə, ən azı 300 min…'


Manat
Manat

2021-ci ildə sahibkarlara 130 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun məlumatında bildirilir.

Qeyri-ərzaq mallarının topdansatışı ilə məşğul olan sahibkar C.H. da AzadlıqRadiosuna bildirib ki, ötən il istehlak təyinatlı güzəştli kredit almaq üçün Sahibkarlığın İnkişaf Fonduna müraciət edib:

"İmtina cavabı aldıq"

"Şirkətim Lənkəran vergi qeydiyyatında olsa da, Bakıda fəaliyyət göstəririk. Bütün sənədləri, biznes planı təqdim etmişdik. Lakin baxmayaraq ki, bizdə bütün sənədlər qaydasındadır, nizamnamə kapitalı var, 10 ildir fəaliyyət göstəririk, imtina cavabı aldıq".

Sahibkar deyir ki, güzəştli kredit almaq üçün banka müraciət edib: "Bankdan isə imtina gəldi. Heç imtina səbəbi belə göstərilmədi. Fondla əlaqə saxlayanda "bir daha müraciət edin" deyə bildirdilər. Başqa banka müraciət etdik. Bu bank isə birinci bankın imtinasını əsas gətirərək imtina etdi".

"Kreditin verilməməsi biznesimə zərbə vurdu"

Sahibkar vurğulayıb ki, güzəştli krediti ala bilməməsi onun fəaliyyətinə zərbə vurub: "Təsəvvür edin, biz bankdan krediti 20 faizə yaxın alırıq, amma burda 7.5 faiz ödəyəcəkdik. İllik faizinin qalan hissəsini banka dövlət ödəyəcəkdi. Üstəlik də, dövlət həmin kreditə zamin durur. Kreditin verilməməsi biznesimə zərbə vurdu".

'Əlimdə 40 minlik mal qalıb': Sahibkarlar ziyanda
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

İqtisadiyyat Nazirliyi nəzdində Sahibkarlığın İnkişafı Fondundan isə "Turan" agentliyinə bildirilib ki, güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına rəsmi müraciət edirlər: "Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir".

Tələblər və meyarlar

Qurumdan qeyd olunub ki, müvəkkil kredit təşkilatı 10 bank günündən gec olmayaraq sahibkara qərarını bildirir: "Qərarı qəbul edərkən kredit təşkilatı öz biznes maraqlarına və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanır. İnvestisiya layihələri təhlil edilərək layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir".

Fonddan sonra da bildirilib: "Fond 10 bank günü müddətində təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla, müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir. Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir".

"Ötən il 126.9 milyon manat güzəştli kredit verilib"

Qurumdan vurğulanıb ki, ötən il ərzində 908 investisiya layihəsinin maliyyələşdirilməsinə (layihələrin ümumi dəyəri 397 milyon manat olub) 126.9 milyon manat güzəştli kredit verilib: "Bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 57 faizi aqrar sektorun, 43 faizi sənaye məhsullarının istehsalı, emalı və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi isə Bakı qəsəbələrinin payına düşür. Güzəştli kredit alanların 99 faizdən çoxu mikro, kiçik və orta sahibkarlıq, 1 faizdən az hissəsi isə böyük sahibkarlıq subyektləridir".

N.Bəydəmirli
N.Bəydəmirli

"Prosedur çox uzundur və…"

İqtisadçı, işadamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, özü də Sahibkarlığın İnkişafı Fondundan kredit almaq üçün təşəbbüs göstərib: "Banka müraciət etdim, oradan mənə dedilər ki, bir il ərzində cəmi iki sahibkara güzəştli kredit verə biliblər. Prosedur çox uzundur və Fondla müvafiq əlaqələr olmasa, krediti almaq çox çətindir".

"100 min dəyəri olan əmlakı heç 20 minə qiymətləndirmirlər"

O, güzəştli kreditin şərtlərinə də toxunub. Onun sözlərinə görə, kredit faizlərin yarısını Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət ödəyir və girovun 60 faizinə dövlət zəmanət verir: "Ancaq risk bankın üzərinə düşdüyünə görə banklar həmin kreditləri yenə də çətin şərtlərlə verirlər. Sahibkarın daşınmaz əmlakı olmasa, ona o krediti vermirlər. Sahibkar 100 min kredit götürmək istəyirsə, ən azı 300 min dəyəri olan daşınmaz əmlakını girov qoymalıdır".

N.Bəydəmirlinin deməsinə görə, banklar girov şəklində təqdim olunan daşınmaz əmlakın qiymətləndirilməsini özlərinin etibar etdiyi şirkətlər vasitəsilə aparırlar: "Kənar şirkətlərin qiymətləndirməsini qəbul etmirlər. Bu da ona gətirib çıxarır ki, 100 min dəyəri olan əmlakını heç 20 minə qiymətləndirmirlər. Bununla da imtinaya qanuni don geyindirilir".

Təkliflər…

İqtisadçı müəyyən təkliflərlə çıxış da edib: "Əgər sahibkara zəmanət verirlərsə, bunu sadələşdirmək lazımdır. Bundan əlavə, istənilən müstəqil şirkətin əmlakın qiymətləndirilməsində iştirakına imkan verilməlidir".

Yazıda səslənən fikirlərlə bağlı, hələlik, bankların mövqeyini almaq mümkün olmayıb.

Rəsmilər bildirirlər ki, müstəqillik dönəmində dövlət sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG