Keçid linkləri

2024, 22 May, çərşənbə, Bakı vaxtı 02:47

Əli Kərimlinin mühafizəçisi məhkəmə qarşısında


R.Əmirov
R.Əmirov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Ruslan Əmirov fevralın 8-də məhkəmə qarşısına çıxarılıb. O, 2020-ci il iyulun 15-dı Bakıda keçirilmiş Orduya dəstək yürüşüylə əlaqədar cinayət işi üzrə mühakimə olunur. Onun işinə Səbail rayon Məhkəməsində baxılır.

Bu cinayət işi üzrə ümumilikdə 37 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 36-sının işi bir icraatdadır. R.Əmirov isə həmin 36 nəfərin işi üzrə istintaq yekunlaşanda saxlandığına görə onun işi üzrə istintaq ayrıca aparıldı. Hazırda məhkəmə qarşısına da tək çıxarılıb.

R.Əmirova qarşı da əvvəl bu iş üzrə həbs olunanlara verilmiş ittihamlar irəli sürülüb. O, CM-in 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

22 zərərçəkmişdən biri

R.Əmirov haqqında cinayət işində 22 nəfər də zərərçəkmiş qismində tanınıb. Onların iyulun 14-dən 15-nə keçən gecə ziyan çəkdiyi iddia olunur. Zərərçəkmişlər sırasında polislər və digər dövlət orqanlarının işçiləri var.

Fevralın 8-də məhkəməyə 22 nəfər zərərçəkmişdən yalnız biri gəlmişdi. R.Əmirov buna etiraz edib, zərərçəkmişlərin hamısının məhkəmədə iştirak etməsini istəyib. O bildirib ki, yürüş zamanı heç bir cinayət törətməyib, qanunsuz hərəkəti olmayıb. Digər zərərçəkmişlər də gəlsin, onun harada, hansı cinayəti törətdiklərini konkret faktlarla göstərsin.

Məhkəmə prosesi fevralın 10-na davam edəcək.

Orduya dəstək yürüşüylə əlaqədar həbsdə olanlar ötən ilin noyabr-dekabr aylarında ev dustaqlığına buraxılıb. Onların işi hələ sentyabrda məhkəməyə göndərilsə də, indiyədək məhkəmə keçirilməyib.

Ev dustaqlığında olanlardan AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli AzadlıqRadiosuna bildirib ki, məhkəmənin nə vaxt keçiriləcəyi haqda onlarda da məlumat yoxdur: "Bu yaxınlarda məhkəmədən istintaq dövründə hüquqlarımı müdafiə etmiş vəkillə telefonla əlaqə saxlayıblar. Soruşublar ki, məhkəmədə vəkilim o olacaq, yoxsa yox. Bildiriblər ki, məhkəmənin vaxtı haqda məlumatlandıracaqlar. Bundan başqa heç bir xəbər yoxdur".

Xatırlatma

2020-ci il iyulun 12-dən 14-dək Azərbaycan Ermənistan sərhədində silahlı toqquşmalarda hər iki tərəf itki verib. İyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunanların 15 nəfəri AXCP üzvləridir. İstintaqın əvvəlində AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya digər maddələrlə yanaşı, hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı da verilmişdi. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürüldü.

Yürüşlə əlaqəli cinayət işi üzrə təqsirləndirilən şəxslərə verilən maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG