Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:23

İtkin düşmüş sayılan hərbçilərin yaxınları şikayət edir


Itkin, yoxsa əsir? Ata prezidentdən kömək umur
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

Itkin, yoxsa əsir? Ata prezidentdən kömək umur

Fevralın 8-də 44 günlük müharibə zamanı itkin düşmüş sayılan bəzi hərbçilərin yaxınları Müdafiə Nazirliyinin qarşısına toplaşıb.

Şikayətçilər bildirib ki, artıq 5 aydır uşaqlarından xəbər ala bilmirlər.

"Uşaqlarımızın nəşi qalıb qar altında. Tapıb bizə təhvil versinlər. Cənab prezidentdən xahiş edirik. Dövlət uşaqlarımızı tapıb bizə verə bilmirsə, təmin etsin biz özümüz gedək axtaraq. Bəlkə heç şəhid olmayıb, yaralanıb, indi də qarşı tərəfdədir? Maraqlanmaq lazımdır", - onlardan biri vurğulayıb.

Şikayətçilərin sözlərinə görə, Müdafiə Nazirliyində onları qəbul edən olmayıb: "Zəng vuranda isə deyirlər ki, gözləyin. Nə qədər gözləyək?".

Əraziyə cəlb olunmuş polis qüvvələri şikayətçilərdən hadisə yerindən uzaqlaşmağı xahiş edib. Bu zaman hər hansı insident yaşanmayıb.

Şikayətlərə, hələlik, Müdafiə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

İtkin əsgər yaxınları haralara müraciət edə bilər?
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

50 nəfər itkin sayılır

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bu il yanvarın 18-də döyüşlərdə həlak olan hərbi qulluqçularının sayı ilə bağlı son məlumat yayıb. Məlumatda qeyd edildiyinə görə, müharibədə həlak olan hərbi qulluqçulardan yanvarın 18-dək 2 min 855 nəfər dəfn edilib. Onların, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG