Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:04

132 yeni yoluxma aşkarlanıb, 2 ölüm


Həkim COVİD-19 xəstəsini müayinə edir, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 285 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan fevralın 7-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər də vəfat edib:

"Azərbaycanda indiyədək ümumilikdə 231154 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225246 nəfər sağalıb, 3158 nəfər vəfat edib, aktiv xəstə sayı 2750 nəfərdir”

Qurumdan açıqlamaya görə, son gündə Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar

6783, hazırkı dövrədək isə ümumilikdə 2453083 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Şərhlər

Recommended

XS
SM
MD
LG