Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:22

Xarici diplomatlar Cəbrayıl və Zəngilanda


Xarici diplomatlar işğaldan azad olunmuş Füzuli şəhərində, 22 noyabr 2020

Zəngilanda

Hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri fevralın 6-da işğaldan azad olunmuş Cəbrayıl rayonundan sonra Zəngilana səfər ediblər.
Onlar ərazidə dağıdılmış bir sıra yerlərə baş çəkiblər.

***

Cəbrayılda olarkən....

Cəbrayıl rayonunda diplomatlar Cocuq-Mərcanlı kəndində olublar. Azərbaycan prezidentinin köməkçisi H.Haciyev bu kəndin İkinci Qarabağ Müharibəsindən öncə azad edildiyini, çox qısa müddətdə yenidən qurulduğunu sölyləyib. “ Dağıdılmış kəndin bərpası Azərbaycan xalqının qayıdış əzminin rəmzinə çevrildi”, deyə o qeyd edib.
Diplomatlar Cəbrayıl rayonunda başqa yerlərdə də olublar.Onlar daha sonra Xudafərin körpüsü istiqamətinə yola düşüblər .

***

Bu gün, fevralın 6-da Azərbaycandakı bəzi diplomatik korpusun nümayəndələri və hərbi attaşelər işğalından azad olunmuş Cəbrayıl rayonuna səfər ediblər.

AZƏRTAC-ın məlumatına görə, səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi əməllər ilə tanış olmaqdır.

Məlumata görə diplomatları və hərbi attaşeləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət ediblər.
Diplomatik korpusun nümayəndələri, hərbi attaşelər Cəbrayıl rayonundaki real mənzərəilə tanış olduqdan sonra Zəngilan rayonuna gedəcəklər.

Buna qədər isə Azərbaycandakı xarici diplomatlar Azərbaycanın işğaldan azad edilən Ağdam və Füzuli rayonlarına səfər edib, oradakı dağıntılarla tanış olublar.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi

Recommended

XS
SM
MD
LG