Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:00

Azərbaycana milli azlıqlarla bağlı tövsiyələr verilib


Bakıda kilsə
Bakıda kilsə

Tövsiyələrin arasında milli azlıq dillərinin tədrisinin genişləndirilməsi də var

Avropa Şurasının Nazirlər Komitəsi fevralın 3-də Azərbaycanın Milli Azlıqların Qorunması Konvensiyası çərçivəsini icra etməsinə dair qətnamə qəbul edib.

Bu da xəbər verilir ki, qətnamə əsasən Konvensiya Çərçivəsinin məşvərət komitəsinin 2019-cu ildə hazırladığı hesabatın əsasında tərtib edilib.

Azərbaycana “dərhal” tədbir görülməsi üçün tövsiyələr verilib.

Tövsiyələrdə bildirilir ki, Azərbaycan 2019-cu il əhalinin siyahıya alınmasında adamların azad və könüllü özünüidentifikasiyana, çoxtərəfli milli bağların ifadəsinə və adamlardan danışdıqları bir əsas dildən başqa digər dilləri də qeyd etdirməsinə şərait yaratmalıdır.

Həmməruzəçi:"İlham Əliyev qalib gəldi, indi söz azadlığı ilə nəcib davransın"
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Bu da tövsiyə edilir ki, Azərbaycan milli azlıqların nümayəndələri ilə əlaqədə milli azlıqların hüquqlarının qorunması üçün hüquqi çərçivənin yaradılmasını və bu işlərin koordinasiyası üçün xüsusi orqanın qurulmasını təmin etsin.

Azlıqların dilində yayınlar, media və topoqrafik işarələr

Sənəd Azərbaycan hökumətinə milli azlıqlarla bağlı qərarların verilməsi prosesinə həmin milli azlıqların nümayəndələrinin cəlb olunmasını tövsiyə edir.

Tövsiyələrin arasında milli azlıq dillərinin tədrisinin genişləndirilməsi də var.

Qətnamədə tövsiyə edilir ki, hökumət milli azlıqların milli çoxluqlarla birgə yaşayışı əsnasında cəmiyyətin müxtəlif qrupları arasında hörmət və mədəniyyətlərarası anlaşmaya dəstək versin, hər cür dözümsüzlük və nifrət hallarından şikayətlərə diqqətlə yanaşsın.

Tövsiyələrdən biri də milli azlıqların dilində yayınların, medianın inkişafına dəstək verilməsidir.

Qətnamə həm də milli azlıq nümayəndələrinin rəsmilərlə təmaslarda öz ana dilindən istifadəsinə şərait yaradılmasını, lazım gəldikdə bu dillərdən topoqrafik işarələrin yazılmasında istifadəni tövsiyə edir.

Azərbaycan hökuməti 2019-cu ildə quruma göndərdiyi rəydə yazırdı ki, ölkədə azlıqların hüquqları daxil olmaqla insan hüquq və azadlıqların qorunması güclü hüquqi təməl üzərində qurulub, ölkə konstitusiyasına əsaslanır. “Konstitusiya milli azlıqların təmsilçiləri daxil olmaqla, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyini təmin edir”, – rəydə deyilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG