Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:15

Qadın qətllərinə 'yox' deyirlər


Etiraz aksiyası

Fevralın 4-də bir qrup fəal Bakıda Hökumət Evinin qarşısında qadınların qətllərinə etiraz aksiyası keçirməyə cəhd edib.

Fəallar əlində "Qadın qətlləri siyasidir" yazılan banner tutublar.

Aksiya iştirakçılarının sözlərinə görə, onlar bu addımla son zamanlar baş verən qadın qətllərinə diqqət çəkmək istəyiblər: "Eyni zamanda, arxamızda olan Hökumət Evində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ombudsman Aparatı yerləşir. Azərbaycanda baş verən qadın qətllərinə və məişət zorakılığına qarşı heç bir tədbir görülməməsində birbaşa özləri günahkardır. Ona görə də bu qətllər siyasidir".

Aksiya iştirakçıları hesab edir ki, hökumət mövcud qanunvericiliyə dəyişikliklər etməlidir, məişət zorakılığında günahkar olanlar cəzalandırılmalıdır, həmçinin sırf məişət zorakılığı hadisələri ilə məşğul olan polis yaradılmalıdır.

Əraziyə cəlb olunmuş polis qüvvələri aksiya iştirakçılarının əlindən banneri alıb. Saxlanan olmayıb.

Aksiya iştirakçılarının tənqidlərinə, səsləndirdikləri təklifə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və başqa rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb. Amma rəsmi qurumlar, bir qayda olaraq, ölkədə siyasi qətllərin olması ilə bağlı iddiaları qəbul etmirlər.

XS
SM
MD
LG