Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:31

SpaceX-in daha bir sınaq raketi partlayıb


SN9-un partlama anı
SN9-un partlama anı

SpaceX-in yayın aparıcısı deyib ki, raketin uçuşu “ötən dekabrda gördüyümüz kimi, çox yaxşı və sabit keçib. Sadəcə, enmə üzərində bir az da işləməliyik”

SpaceX şirkətinin daha bir Starship sınaq raketi enmə zamanı partlayıb. Fevralın 2-də şirkətin Texasdakı buraxma obyektindən sınaq uçuşu həyata keçirilib.

Starship SN9 partlayanda xəsarət alan olmayıb.

Bu raket İlon Maska məxsus özəl şirkətin hazırladığı ağır yüklü raketinin sınaq modeli idi. Məqsəd Aya və Marsa insan və yük daşımaqdır.

Oxşar insident dekabrda da yaşanmışdı. 50 metr uzunluqda Starship-in başqa bir sınaq modeli- SN8 dağılmışdı.

“Bir az da işləməliyik”

Fevralın 2-də sınaq uçuşu zamanı raket 10 kilometrədək qalxıb. Sonradan manevr edərək aerodinamik nəzarət altında burnu üstə enməyə başlayıb.

Raket eniş üçün vertikal vəziyyətə qayıtmağa çalışanda problem yaranıb. Videoda onun çox sürətlə, sərt şəkildə çevrildiyi, üç mühərrikindən birinin alışmadığı görünür.

SpaceX-in yayın aparıcısı deyib ki, raketin uçuşu “ötən dekabrda gördüyümüz kimi, çox yaxşı və sabit keçib. Sadəcə, enmə üzərində bir az da işləməliyik”.

Starship raketi şirkətin tam şəkildə təkrar istifadə oluna bilən yeni nəsil məhsuludur, Maskın insanın kosmosa səyahətini daha əlçatan və müntəzəm etmək planlarının mərkəzində dayanır.

SpaceX fevralın 2-də bildirib ki, ilin sonunadək kosmosa dörd mülki şəxs göndərməyi planlaşdırır və bu, dünyada “orbitə ilk tam kommersiya astronavt missiyası” olacaq. Uçuşun SpaceX-in Dragon kapsulunda gerçəkləşəcəyi bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG