Keçid linkləri

2024, 12 May, bazar, Bakı vaxtı 17:32

İlon Mask dünyanın ən zəngini oldu


İlon Mask
İlon Mask

Marsda insan məskəni salmaq Maskın ən böyük planı sayıla bilər

Tesla Inc. və SpaceX şirkətlərinin sahibi İlon Mask dünyanın ən zəngin adamına çevrilib. Dünyanın 500 zəngin şəxsinin yer aldığı Bloomberg Milyarderlər İndeksində o, Cef Bezosdan önə çıxıb. Səbəb isə yanvarın 7-də Tesla-nın səhmlərinin 4.8 faiz bahalanmasıdır.

Ancaq sərvəti 185 milyard dolları (bəzi mənbələrə görə, 188 milyard dollar ) keçən Mask tvitində işə getməkdən yazıb.

“Necə də qəribədir. Yaxşı, iş başına qayıtmaq vaxtıdır”, – 49 yaşlı biznesmen tvitində yazıb.

Elon Musk beynə yerləşdirilən çipləri təqdim edir
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Son bir ildə Maskın sərvəti 150 milyard dollardan çox artıb ki, bu da tarixdə ən sürətli varlanma sayıla bilər.

2020-ci ilin əvvəlində Maskın cəmi 27 milyard dolları vardı və güc-bəlayla ən zəngin 50 nəfərin siyahısına düşmüşdü.

Pulun yarısını Yerə, qalanını Marsa

Milyarder Twitter profilində pulu ilə bağlı planlarını da bölüşür. O, pulunun yarısını Yerdəki problemlərə, yarısını isə Marsda özünü təmin edən şəhər salmağa həsr etmək istədiyini yazır. Bunu hələ 2018-ci ildə deyirdi.

Marsda insan məskəni salmaq Maskın ən böyük planı sayıla bilər. O, ötən ay müsahibəsində deyirdi ki, sərvətini Marsda şəhər qurmağa xərcləmək istəyir. Milyarder maddi şeylərə çox marağı olmadığını, Tesla və SpaceX-dən kənarda az aktivinin olduğunu deyir.

Bezosun sərvəti hazırda 184 milyard dollar civarında dəyərləndirilir.

Mask hələ iyulda Uorren Baffeti ötərək dünyanın 7-ci zəngin insanına çevrildi. Noyabrda Bill Qeytsi arxada qoyaraq ikinci oldu. Son 12 ayda Mask Qeytsin cəmi 132 milyard dollarlıq sərvətindən daha çox qazanıb.

Yanvarın 7-də Teslanın səhminin dəyəri 816.04 dollar olub. Şirkətin ümumi bazar dəyəri isə 760 milyard dolları keçib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG