Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:24

153 yeni yoluxma aşkarlanıb, 6 ölüm


Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

153 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 355 nəfər sağalıb.
Bu məlumatı yanvarın 31-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər də vəfat edib:

“İndiyədək ümumilikdə 2 302 219 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 2 233 15 nəfər sağalıb, 3 132 nəfər vəfat edib, aktiv xəstə sayı 3772 nəfərdir”

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6330, hazırkı dövrədək isə 2 408 050 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG