Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:16

İmtahanlardan xəbər var...


M.Abbaszadə

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə yanvarın 29-da mətbuat konfransı keçirib.

DİM sədrinin deməsinə görə, dövlət qulluğuna qəbulla bağlı imtahanlar keçənilki kimi onlayn formatda gerçəkləşəcək. M.Abbaszadə bildirib ki, 2021-ci ilin fevral-mart aylarında 19 növ imtahan nəzərdə tutulur və bunların arasında magistraturaya qəbul ən kütləvisidir: "Bu imtahanların fevralın 28-də keçirilməsi nəzərdə tutulur, fevralın 9-dan isə sənəd qəbuluna başlanacaq".

O vurğulayıb ki, 2020-ci ildə magistraturaya qəbul birmərhələli keçirilib, amma bu il iki dəfə təşkil ediləcək. Birinci mərhələ fevral, ikinci mərhələ isə iyun ayında olmalıdır.

DİM sədrinin deməsinə görə, epidemioloji vəziyyətə görə hansısa imtahanların tarixi dəyişə bilər, amma ardıcıllığı dəyişməyəcək.

O əlavə edib ki, 2021-ci ilin fevral-mart aylarındakı imtahanların tarixləri isə artıq müəyyən edilib və dəqiqdir.

M.Abbaszadə həmçinin vurğulayıb ki, aprel-sentyabr aylarında ən kütləvi isə buraxılış və qəbul imtahanlarıdır.

O deyib ki, aprel ayında XI siniflər üçün buraxılış imtahanları planlaşdırılır, amma mövcud koronavirus pandemiyası ilə bağlı tarixlər, hələlik, qeyd olunmayıb. Sədr bildirib ki, buraxılış imtahanından sonra ən kütləvi imtahan ali məktəblərə qəbul olacaq. Qəbul imtahanlarının isə may ayında keçirilməsi nəzərdə tutulur: "Cədvəl elə qurulub ki, abituriyent iki dəfə imtahana qatıla bilər. Bu, təkcə bakalavrlara yox, həm magistr, həm də rezidenturaya qəbul olunmaq istəyənlərə şamil ediləcək. Magistraturaya, rezidenturaya qəbul olmaq istəyənlər ikinci dəfə iyun ayında imtahana qatıla bilərlər".

Onun deməsinə görə, IX siniflərin qəbul imtahanları isə birmərhələli keçiriləcək.

DİM rəhbəri deyib ki, aprel ayında XI siniflərin buraxılış, may ayında da ali məktəblərə qəbul imtahanının birinci mərhələsinin keçirilməsi nəzərdə tutulur.

İyul ayında isə ali məktəblərə qəbul imtahanları üzrə ikinci mərhələ həyata keçirilməlidir.

Xatırlatma

Son illər Azərbaycanda ali məktəblərə qəbul imtahanları iki mərhələdə keçirilir. Hərçənd, 2020-ci ildə koronavirus pandemiyası üzündən bu proses yalnız bir mərhələdə həyata keçirildi. Üstəlik, qəbulda həm buraxılış, həm də qəbul imtahanının nəticələri toplanır.

Recommended

XS
SM
MD
LG