Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:10

Badamdarda torpaq sürüşməsi olub


Badamdarda sürüşmə

Bakıda Badamdar qəsəbəsində torpaq sürüşməsi olub, yolun bağlandığı bildirilir.

Bu barədə yanvarın 28-də Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

Məlumata görə, yanvarın 28-də saat 21:05-də "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, "20-ci sahə" adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub. "Dərhal əraziyə nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb. İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib",-məlumatda yazılıb.

Bundan əvvəl də həmin ərazidə sürüşmə olduğu deyilir.

APA agentliyinin xəbərinə görə isə, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov da əraziyə gəlib: "Sürüşmə nəticəsində 1 iaşə xidməti obyekti və 2 fərdi yaşayış evi zərər görüb. Ətrafda yaşayan insanlar təxliyə olunub".

Dağıntılar altında "Mercedes" markalı bir avtomobilin də qaldığı bildirilir.

XS
SM
MD
LG