Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:38

Traktorçu minaya düşüb


Traktor. Foto arxiv

Bu gün, yanvarın 28-də, saat 12 radələrində Azərbaycan vətəndaşı Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində minaya düşüb.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, 1987-ci il təvəllüdlü Elgün Ələkbərov işğaldan azad olunmuş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Son aylar Azərbaycanda həm bir neçə hərbi qulluqçunun, həm də mülki insanın minaya düşmələri üzündən həlak olduqları açıqlanıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Recommended

XS
SM
MD
LG