Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:33

Rusiya silah sazişinin müddətini uzatdı


Rusiyanın RS-24 Yars ballistik raketi

Rusiyada deputatlar Yeni START nüvə silahlarına nəzarət sazişinin müddətinin uzadılmasını təsdiqləyiblər.

Parlamentin aşağı palatası olan Dövlət Duması yanvarın 27-də sazişin beş illiyə uzadılmasına yekdilliklə səs verib.

2020-cu ildə imzalanmış sazişin müddəti gələn həftə bitirdi. Bu saziş Rusiya və Birləşmiş Ştatların yerləşdirdiyi nüvə başlıqları, raketlər, bombardmançı təyyarələrin sayına limit qoyur.

Bir gün öncə ABŞ və Rusiya rəsmiləri sazişin uzadılması üzrə razılaşma əldə olunduğunu açıqlayıblar. Bu sənədi ABŞ Konqresinin təsdiqləməsi tələb olunmur.

XS
SM
MD
LG