Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Yoluxmalar 100 milyonu keçir


Niderlandda etirazlar
Niderlandda etirazlar

Yanvarın 26-da Avropada ilk dəfə Britaniyada COVID-19-dan ölüm 100 mini keçib. Baş nazir Boris Conson deyib ki, Britaniyada ailələrin hiss etdiyi itkini “təsəvvürə gətirmək çətindir”

Yanvarın 26-da dünyada yeni növ koronavirusa yoluxanların sayı 100 milyonu keçib. Bir sıra ölkələr virusun yeni variantlarının qarşısını almağa, vaksinin bərabər paylanmasına nail olmağa çalışırlar.

Həftəsonu ABŞ-da yoluxmalar 25 milyonu, ölüm 425 mini keçib və ölkə hər iki göstərici üzrə liderdir.

Birləşmiş Ştatlar, Hindistan, Braziliya, Rusiya və Britaniyadakı yoluxmalar birlikdə dünya üzrə cəmi COVID-19 yoluxmalarının yarıdan çoxunu təşkil edir. 100 milyon nəfər isə dünya əhalisinin 1.3 faizi deməkdir. Amma səhiyyə ekspertləri xəbərdarlıq edirlər ki, bir çox yoluxmalar qeydə alınmır, yəni real rəqəm daha yüksək ola bilər.

Ötən həftə vəzifə başına keçmiş ABŞ Prezidenti Co Bayden yanvarın 26-da deyib ki, ölkə əlavə olaraq 200 milyon doza vaksin alacaq. Bu da yayın sonuna, payızın əvvəlinə hər bir amerikalıya peyvənd vurmağa imkan verəcək.

“Bu, milyonlarla amerikalının gözlənildiyindən daha tez peyvənd olunmasına şərait yaradacaq. 400 mindən çox amerikalı vəfat edib. Bu, müharibə vəziyyətidir. Bu, şişirtmə deyil”, – Bayden vurğulayıb.

Britaniya, digər ölkələr

Yanvarın 26-da Avropada ilk dəfə Britaniyada COVID-19-dan ölüm 100 mini keçib. Baş nazir Boris Conson deyib ki, Britaniyada ailələrin hiss etdiyi itkini “təsəvvürə gətirmək çətindir”.

Digər Avropa ölkələri sərhədləri məhdudlaşdırır, yeni, daha yoluxucu virus variantlarının qarşısını almağa çalışır.

İrlandiya ilk dəfə olaraq məcburi səyahət karantini tətbiq edəcəyini, üçüncü karantini martın 5-cən uzadacağını bildirib.

Almaniya isə ölkəyə uçuşları tamamilə dayandırmağı nəzərdən keçirir.

“Çoxsaylı virus mutasiyaları bizi kəskin addımlar atmağa məcbur edir”, – Daxili işlər naziri Horst Sihofer yanvarın 26-da “Bild” qəzetinə deyib.

İslandiya vaksinin hər ilk dozasının vurulduğu şəxslər üçün səyahəti asanlaşdırmaq məqsədilə vaksinasiya sertifikatları verməyə başlayıb.

Niderlandda koronavirusla bağlı qadağalara etirazlar dördüncü gecə davam edib, 400-dən çox saxlanan var.

İsraildə də polislə etirazçılar toqquşub, ultra-pravoslav yəhudilərin karantin tədbirlərinə qarşı etirazlarında 14 nəfər saxlanıb.

Vaksin təchizatında problemlər

Bu arada vaksinlərin çatdırılmasında yubanma da gərginlik yaradır. AstraZeneca xəbərdarlıq edib ki, Avropa Birliyinə vəd olunan göndərişlər yubana bilər. Pfizer daha öncə çatdırılmaların yubandığını açıqlamışdı.

“Avropa COVID-19-a qarşı ilk vaksinlərin hazırlanmasına milyardlar yatırıb. İndi də şirkətlər onu çatdırmalı, öhdəliklərinə əməl etməlidirlər”, – Avropa Birliyinin rəhbəri Ursula von der Leyen Dünya İqtisadi Forumunun virtual toplantısında deyib.

AstraZeneca-nın rəhbəri isə bildirir ki, şirkət heç də AB-nin sifariş etdiyi vaksinləri mənfəətə görə digər ölkələrə satmır.

Zəngin və yoxsul ölkələrə vaksin təchizatında uçurum dərinləşir. Cənubi Afrika Prezidenti Kiril Ramafoza və Dünya Səhiyyə Təşkilatının başçısı Tedros Adhanom Qebreyesus “vaksin millətçiliyi”ni pisləyiblər.

Ramafoza forumda deyib ki, az və ortagəlirli ölkələr daha zənginlər tərəfindən kənara sıxışdırılr, sonuncular "əhali sayından dörd dəfə artıq" vaksin əldə edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG