Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 12:08

Vüqar Səfərlinin həbsdən çıxmaq istəyinə 'yox' deyildi


Vüqar Səfərli həbs edildi: külli miqdarda mənimsəmə
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Vüqar Səfərli həbs edildi: külli miqdarda mənimsəmə

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli həbs qərarından apellyasiya şikayəti verib. Yanvarın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə onun şikayətinə baxılıb.

Qapalı keçirilən məhkəmə iclasında V.Səfərli özü də iştirak edib. V.Səfərli özü də, vəkili də onun barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda Binəqədi rayon Məhkəməsinin qərarının ləğvini istəyib. Onlar vurğulayıb ki, Fonda ayrılmış vəsaitlərlə əlaqədar uzun müddətdir Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedirdi. Bu müddətdə V.Səfərli istintaqdan yayınmayıb, bundan sonra da belə bir niyyəti yoxdur. O, həbsdə saxlanmadan da istintaq aparıla bilər.

Prokurorluğun nümayəndəsi isə buna etiraz edib və apellyasiya şikayətinin təmin olunmamasını istəyib. Müstəntiq bildirib ki, V.Səfərli ağır cinayətdə ittiham olunur, azadlıqda qalarsa, sübutların toplanmasına və s. təsir göstərmək, istintaqdan yayınmaq ehtimalı var.

Hakim qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını elan edib.

Xatırlatma

Yanvarın 14-də V.Səfərli haqqında həbs-qətimkan tədbiri seçilib. O, mənimsəmə və israf etmədə, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

V.Səfərli dövlət büdcəsi hesabına media nümayəndələri üçün inşa edilən binaların tikintisi zamanı vəsaitlərin yeyintisində, Fond üçün əlverişli olmayan şərtlərlə icarə müqaviləsi bağlamaqla 1 milyon manata yaxın vəsaitin israf olunmasında, Fonddan öz ailə üzvünün adına təsis olunmuş qəzetə 300 min manata qədər maliyyə ayırmaqda suçlanır. Ona ittiham verilən maddələrin sanksiyasında 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Həbsindən bir müddət əvvəl V.Səfərli Fondun fəaliyyətində korrupsiya hallarına yol verilməsi haqda ittihamlara münasibət bildirərkən səslənən iddiaların həqiqətəuyğun olmadığını demişdi.

V.Səfərli 2009-2020-ci illərdə Fonda rəhbərlik edib.

XS
SM
MD
LG