Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 12:31

Bağdadda qoşa hücumda azı 32 nəfər ölüb


Hadisə yeri

“İslam Dövləti” terrorçu qruplaşması yanvarın 21-də Bağdadın mərkəzində törədilmiş qoşa intihar hücumuna görə məsuliyyəti üzərinə götürüb. Bu, son üç ildə İraq paytaxtında törədilmiş ən ağır hücumdur, azı 32 nəfər öldürülüb. Tayaran Meydanındakı açıq bazarda hücumda 110 nəfər də xəsarət alıb.

“İslam Dövləti”nin “Amaq” xəbər agentliyinin Telegram kanalında bildirməsinə görə, üzvlərindən ikisi hücumu həyata keçirməkdən ötrü üstlərindəki partlayıcıları işə salıblar.

***

Bağdadın mərkəzində kommersiya rayonunda iki qoşa intihar hücumu törədilib, azı 23 nəfər həlak olub.

Daxili İşlər Nazirliyi yanvarın 21-də baş vermiş hücumda azı 50 nəfərin yaralandığını bildirir.

Birinci intiharçı bazara girərək xəstə olduğunu deyib, başına camaat yığışandan sonra üstündəki partlayıcıları işə salıb.

Partlayışda yaralılara köməyə gələnlər isə ikinci intiharçının qurbanına çevrilib.

Ölü sayının yüksək ola biləcəyi bildirilir. Səhiyyə Nazirliyi partlayışların nəticələrini aradan qaldırmaq üçün tibbi qüvvələrin səfərbər olunduğunu deyir.

Son dövrlər Bağdadda intiharçı hücumları nisbətən azalmışdı.

2018-ci ilin yanvarında Tayaran meydanında intiharçı hücumunda 30-dan çox ölən olmuşdu.

XS
SM
MD
LG