Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Koelyonun 'Oxçu'su dərinliyə vara bildimi


Paulo Koelyo
Paulo Koelyo

Braziliyalı yazıçı Paulo Koelyo həyatda olan yazıçılar arasında kitabları ən çox satılan müəlliflərdən biridir. Dünyada onun kitablarının 300 milyondan çox nüsxəsi çap olunub.

"Yayın yolu" elektron kitabı ilk dəfə 2003-cü ildə portuqal dilində çıxıb. "Oxçu" adıyla isə indi də ABŞ-da kiçik eleqant hədiyyəlik kitab formatında nəşr olunub.

Boş səhifələr və illüstrasiyalar

"Oxçu" kitabında sadəcə bir neçə giriş səhifəsi var. Bir yad adam şəhərə gəlib çatanda öyrənir ki, buraların ən yaxşı dülgəri kimi tanınan Tetsuya əslində ölkənin ən yaxşı oxçusudur. Tetsuya ox-yayını illər əvvəl kənara qoyub o zamandan bəri təvazökar anonimlik içində yaşasa da, həmin bu yad adam onu oxatma yarışına çağırır. Köhnə yay ustası könülsüz razılaşır və naməlum şəxsi yarışda udaraq ona öz üstünlüyünü göstərir. "Sən ona göstərdin. Həqiqətən də ən güclü sənsən!", –deyə bir oğlan qışqırır.

Tetsuyanın "yayın yolu"ndan danışdığını eşidən oğlan həvəslənir: "Məni də öyrədə bilərsən?".

Romanın qalan hissəsi motivasiyaverici aforizmlərlə doludur. Oxatma sənətindən sadəcə mənalı həyat üçün metafora kimi istifadə olunur.

"Oxçu"da çoxlu boş səhifələr var. Ancaq kitabda alman rəssam Kristof Nimanın çəkdiyi, bütöv səhifələri dolduran illüstrasiyaları da görürük. Bu illüstrasiyalar oxucuya bir növ oxuduğu aforizmləri həzm etmək üçün sakit məkan kimi verilib.

Nonsens dolu hissələr

Tənqidçi Ron Çarlz "The Washington Post" qəzetindəki rəyində kitabdakı aforizmlərin dayaz və səthi olmasına diqqət çəkir.

"Oxu atan adamın düşüncəsi ölçüləri dəyişir. O, artıq bütün kainatla təmasdadır", – oxçu deyir. "Bu ifadə dərin bir fikrə girişi imitasiya etsə də, əslində rəngli şardan düzəldilmiş heyvandan başqa bir şey deyil", – tənqidçi yazır. O deyir ki, kitabda belə nonsens dolu hissələr çoxdur. Məsələn, oxçu iddia edir ki, "həm dəniz, həm də qar dərindir və öz keyfiyyətlərindən xəbərdardır". "Yox. Bu, nə faktik, nə də poetik olaraq doğrudur", – müəllif yazır.

Oxçunun "Mən hədəf olsaydım, harada olardım? Necə vurulmaq istərdim?", - deyə soruşması da bu qəbildəndir.

"Hədəf də oxu axtarır"

Müəllif Koelyo və onun kimi yazıçıların ziyansız olmadığını yazır. Onun sözlərinə görə, "aforistik şitlik" yazanlar şəkərli içki satanlardan daha məsum deyil. "Çoxları tənqidçilərə belə kitablara qarşı snob kimi davranmamağı, yaxud bu kitabların oxucuları daha mənalı əsərlərə yönəldəcəyini düşünüb qarışmamağı tövsiyə edir. Ancaq bəlkə bu banal ədəbiyyat hissləri kütləşdirib keyfiyyət, mürəkkəblik və əsl biliyi dəyərləndirmək imkanını azaldır?", –tənqidçi yazır.

Bayağı siyasi ritorikadan gileylənən Corc Oruell yazırdı ki, dil ona görə çirkin və yanlış olur ki, "bizim fikirlərimiz səfehdir, ancaq dilimizin pintiliyi düşüncələrimizin səfeh olmasını daha da asanlaşdırır”.

Müəllif "şirin aforizmlərlə dolu pəhriz"in həyat barədə düşüncələri bayağılaşdırdığını və bunun zərərli olduğunu deyir. "Çünki hər ömrün payına əsl müdriklik və zəhmətlə qazanılmış hikmət tələb edən sınaqlar düşür. Balaca şirin kitablara əlavə edilmiş fal qurabiyələri bizim qəlbimizi qaranlıq gecədən çıxara bilməz", – o yazır.

"Ox hədəfi axtardığı kimi, hədəf də oxu axtarır", – Koelyo yazır. Tənqidçi də zarafatla yazır ki, "Başqa sözlə, oxuduğunuz kitab da sizi oxuyur. Ona görə gözdə-qulaqda olun".

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG