Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 04:03

Hərbi qulluqçu həlak olub


Şuşanın girəcəyində nəzarət-buraxılış məntəqəsi

Şuşa istiqamətində hərbi qulluqçunun həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi bildirilir. Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayon sakini, müddətdən artıq xidmət edən bir hərbçi həlak olub, iki hərbi qulluqçu isə xəsarət alıb.

Nazirlikdən bildirildiyinə görə, faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı, hələlik, həlak olan hərbi qulluqçunun ailəsi ilə isə danışmaq mümkün olmayıb.

Həlak olan hərbi qulluqçunun "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildiyi deyilir.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağın bir hissəsinə (Şuşa şəhəri də daxil) və ətraf 7 rayona nəzarəti ələ alıb. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Multimedia

XS
SM
MD
LG