Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:28

İranda azərbaycanlı fəala üç il həbs cəzası kəsilib


İranda etiraz aksiyası, arxiv fotosu
İranda etiraz aksiyası, arxiv fotosu

Britaniyada mənzillənən Azlıqların Hüquqları Beynəlxalq Qrupunun 2018-ci ilin martında yaydığı hesabata görə, İranda 15 milyonadək azərbaycanlı yaşayır

İranda etnik azərbaycanlı fəal ötən il Azərbaycana dəstək aksiyasında iştirakına görə üç il həbsə məhkum edilib. Bu haqda “Amerikanın Səsi” (VOA) məlumatlı mənbəyə istinadla yazır.

İyulun 16-da saxlanıb

Mənbə yanvarın 8-də İrandan VOA-nın fars xidmətinə deyib ki, Urmiya şəhərindəki İnqilab Məhkəməsi yanvarın 2-də fəal Salar Tahir Əfşara kəsilən hökm haqda şifahi bildiriş verib. Ötən il dekabrın 14-də İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiyada həm fəal, həm də vəkilin iştirakıyla məhkəmə keçirilmişdi.

Tahir Əfşara üç illik həbs qanunsuz toplantıda iştiraka görə, daha bir il cəza isə hökumətə qarşı propaqandanın yayılmasına görə kəsilib.

Tahir Əfşar ötən il iyulun 16-da həbs olunub. O həmin gün Urmiyada Azərbaycana dəstək yürüşünə qatılmışdı. VOA-nın Azərbaycanın xidməti İranın şimal-qərbində əsasən azərbaycanlı türklərin yaşadığı digər şəhərlərdə də keçirilən etirazların təhlükəsizlik qüvvələri tərəfindən dağıdıldığını, həbslərin həyata keçirildiyini xəbər vermişdi.

Altı günlük saxlanmadan sonra Tahir Əfşar zaminə buraxılıb, Urmiyada məhkəmənin nəticəsini gözləyib. Fəalın vəkili üçillik və birillik həbs cəzalarından apelyasiya şikayəti verməyi planlaşdırır.

Ən uzun cəzanı çəkəcək

İran qanunlarına görə, apelyasiya məhkəməsi də təsdiqləyəndən sonra Əfşar yalnız ən uzun həbs cəzasını çəkəcək, yəni üç il həbsdə qalacaq.

Ancaq mənbənin bildirməsinə görə, fəal əlavə olaraq səkkiz ay da həbsdə qalmalıdır. Bu isə 2019-cu ilin noyabrında İranda hökumətə qarşı nümayişlər çərçivəsində Urmiyada küçə etirazlarına qatılmasıyla bağlıdır. O həmin il noyabrın 20-də həbs olunub, bir müddət sonra zaminə buraxılıb.

Ötən il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində toqquşmalar baş verib. Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin öldüyünü bildirib. Sentyabrın 27-də başlanan, 44 gün çəkən müharibə nəticəsində isə Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

Qərbi Azərbaycanda məhkəmə Tahir Əfşarı ictimai asayişi pozmaqda təqsirli bilərək səkkiz ay həbs və 20 qamçıya məhkum edib. Ancaq mənbənin deməsinə görə, sonradan cəzalar təxirə salınıb. VOA bütün bunları müstəqil şəkildə təsdiqlədə bilməyib, çünki İranda fəaliyyəti qadağan olunub. İranın dövlət mediasında da bu haqda informasiya verilməyib.

Daha bir fəal məhkum edilib

Ötən ay İranda daha bir azərbaycanlı fəal – Əli Əzizi beş il həbsə məhkum edilib. O, təmsil etdiyi milli azlığa ayrıseçkiliyə qarşı dinc kampaniya apardığına görə həbs olunub.

Britaniyada mənzillənən Azlıqların Hüquqları Beynəlxalq Qrupunun 2018-ci ilin martında yaydığı hesabata görə, İranda 15 milyonadək azərbaycanlı yaşayır. 2020-ci ilin iyulunda İranın ümumi əhalinin sayının 85 milyona yaxın olduğu bildirilirdi.

İranda azərbaycanlılarının danışdığı dil məktəblərdə keçilmir. Azərbaycanlı fəallar bu qadağanı tənqid edir, ölkə konstitusiyasının 15-ci maddəsinə zidd olduğunu deyirlər. Həmin maddədə regional və yerli dillərin mətbuatda istifadəsi, məktəblərdə tədrisi nəzərdə tutulur.

İranın islamlı liderləri isə türk dialektlərindən rəsmi istifadənin azlıqlar arasında separatçılığa yol aça biləcəyindən ehtiyatlanırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG