Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 17:22

Zavodda partlayış olub, ölən var


FHN

Yanvarın 11-də Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda partlayış baş verib.

Bu barədə Qaradağ rayon Prokurorluğunun yanvarın 12-də yaydığı məlumatda bildirilir. Verilən məlumata görə, həmin müəssisədə fəhlə metal əritmək üçün nəzərdə tutulmuş isti sobaya metal qırıntıları atan zaman partlayış baş verib, nəticədə o, aldığı xəsarətlərdən vəfat edib.

Məlumata görə, faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

"Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib", -açıqlamada yazılıb.

Hələlik, olaya mərhum fəhlənin yaxınları və sözügedən müəssisənin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG