Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:33

Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətlərinin rəhbərləri görüşüb


Azərbaycan , Ermənistan və Rusiya ttəhlükəsizlik xidmətinin rəhbərləri, Moskva, 28 dekabr 2020.

Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətlərinin rəhbərləri yanvarın 10-da növbəti dəfə görüşüblər. Bu dəfə görüş Zəngəzur (Syunik) bölgəsinin Vorotan və Şurnux kəndlərinə bitişik ərazidə baş tutub.

Məlumata görə, əvvəlki görüşdə olduğu kimi bu dəfə də tərəflər əsirlərin geri qaytarılması və mübadiləsi, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı məsələləri müzakirə ediblər.

Bir gün əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan Ermənistan ərazisində, iki ölkənin sərhəddinə yaxın Yerasx kəndi yaxınlığındakı neytral ərazidə görüşmüşdülər.

İki ölkənin təhlükəsizlik xidməti rəhbərlərinin Tavuş bölgəsində keçiriləcək növbəti görüşü barədə mediada yayılan məlumatları isə Ermənistan milli təhlükəsizlik nazirliyində təkzib ediblər.

XS
SM
MD
LG