Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 18:28

Həsən Həsənov geri çağırılıb


H.Həsənov

Həsən Həsənov Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bununla bağlı bu gün, yanvarın 8-də prezident İlham Əliyev sərəncam verib.

Onun başqa bir sərəncamı ilə Nərgiz Qurbanova Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. N.Qurbanova bundan əvvəl Azərbaycanın Bolqarıstandakı səfiri vəzifəsində çalışıb.

81-yaşlı Həsən Həsənov gəncliyində Bakı şəhər Səbail rayon Partiya Komitəsinin (Kommunist Partiyası) 1-ci katibi (1975–1978), Sumqayıt şəhər Partiya Komitəsinin 1-ci katibi (1978–1979) və Gəncə şəhər Partiya Komitəsinin 1-ci katibi (1979–1981) vəzifələrində çalışıb. O, daha sonra Azərbaycan SSR–in Nazirlər Sovetinin sədri və Azərbaycan Respublikasının xarici işlər naziri postunu da tutub. H.Həsənov 10 il idi ki, Azərbaycanın Polşadakı səfiri vəzifəsində çalışırdı.

XS
SM
MD
LG