Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:37

87 yaşlı kişiyə beş il həbs cəzası


Tacikistan İslam Dirçəliş Partiyasının tərəfdarları seçkiyə hazırlaşır, 2015-ci il
Tacikistan İslam Dirçəliş Partiyasının tərəfdarları seçkiyə hazırlaşır, 2015-ci il

Düşənbədəki məhkəmədən mənbə də informasiyanı təsdiqləyib, ancaq materialların məxfi olduğunu deyərək detalları açıqlamayıb.

Tacikistanda 87 yaşlı kişiyə həbs olunmuş müxalifətçilərin ailələrinə dəstəyə görə beş il həbs cəzası kəsilib.

Doniyor Nabiyevin qohumları AzadAvropa/AzadlıqRadiosu-na deyiblər ki, cəza dekabrın 28-də kəsilib. O, “qadağan olunmuş Tacikistan İslam Dirçəliş Partiyasının (TİDP) həbs olunmuş üzvlərinin qohumlarına maddi dəstək verməkdə” təqsirli bilinib.

Düşənbədəki məhkəmədən mənbə də informasiyanı təsdiqləyib, ancaq materialların məxfi olduğunu deyərək detalları açıqlamayıb.

Ailələrə ət, meyvə aparıb

TİDP-nin keçmiş üzvü Mahmadi Teşayevin radioya deməsinə görə, Nabiyev özü də vaxtilə partiyanın üzvü olub və sentyabrda saxlanıb.

“Nabiyev bayramlarda partiyanın həbs olunmuş üzvlərinin ailələrinə ət, mer-meyvə aparıb. Buna görə saxlanaraq həbsxanaya göndərilib”, – Teşayev vurğulayıb.

Nüfuzlu TİDP uzun zaman Tacikistan hökuməti və parlamentində təmsil olunub. 2015-ci ildə ona ekstremist və terrorçu qrup damğası vurulub. Partiya və insan haqları qrupları bu addımı ədalətsiz, siyasi motivli hesab ediblər.

TİDP-dən onlarla məmur, partiya tərəfdarı təqibə məruz qalıb, həbs olunub. Bu da Prezident Emomali Rahmon hökumətinin hüquq-müdafiə təşkilatları tərəfindən tənqid olunmasına yol açıb.

Fəallar deyirlər ki, 1992-ci ildən Tacikistanı idarə edən Rahmon opponentlərini kənarlaşdırmaq, narazıları susdurmaq üçün təhlükəsizlik qüvvələrindən, digər hakimiyyət rıçaqlarından istifadə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG