Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 04:23

Sankt Peterburqda yoluxmalar Moskvanı ötüb


Moskva, 31 dekabr, 2020-ci il

Yanvarın 4-də Sankt Peterburqda son 24 saat ərzində 3 min 657, Moskvada isə 3 min 591 yoluxma qeydə alındığı açıqlanıb

Rusiyanın ikinci böyük şəhəri olan Sankt Peterburqda COVID-19-a yoluxmalar pandemiya başlanandan ilk dəfə olaraq Moskvanı ötüb. Yanvarın 4-də Sankt Peterburqda son 24 saat ərzində 3 min 657, Moskvada isə 3 min 591 yoluxma qeydə alındığı açıqlanıb.

13 milyon, yəni Sankt Peterburqdan iki dəfə artıq sakini olan Moskvada son iki həftədə yoluxmalar yarıbayarı azalıb. Sankt Peterburqda isə gündəlik yoluxmalar təxminən eyni səviyyədədir.

Rusiya ümumi yoluxma sayına görə Birləşmiş Ştatlar, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir – indiyədək 3.2 milyondan artıq yoluxma aşkarlanıb. 58 mindən çox ölü sayı ilə dünyada səkkizinci yeri tutur.

Baş nazirin müavini Tatyana Qolikova ötən ay deyirdi ki, 2020-ci ildə qeydə alınan normadan artıq ölüm hallarının 80 faizindən çoxu COVID-19-la əlaqədardır. Bu isə koronavirusdan ölü sayının rəsmi rəqəmlərdən üç dəfə artıq olması deməkdir.

Şərhlər

XS
SM
MD
LG