Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:08

Qarabağ Dirçəliş Fondu yaradıldı


Qarabağın bərpasına beynəlxalq fond yaradılması təklif edilir
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Qarabağın bərpasına beynəlxalq fond yaradılması təklif edilir

Prezident İlham Əliyev yanvarın 4-də "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Fond Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması işinə xidmət etməlidir. Onun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır.

"İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəyə, qüdrətli Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədinə mühüm töhfə olacaq", - sənəddə bildirilir.

Müşahidə Şurasına Mikayıl Cabbarov (iqtisadiyyat naziri), Muxtar Babayev (ekologiya və təbii sərvətlər naziri), Rövşən Rzayev (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri) və Tural Gəncəliyev (Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri) daxildir. Orada habelə, bəzi deputat, ziyalı və sənət adamı da təmsil ediləcək.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, həmin il noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG